İnsanabənzər robot Aya göndəriləcək

10:15 06-08-2024 | icon 377 | Maraqlı
İnsanabənzər robot Aya göndəriləcək

Rusiya Elmlər Akademiyası (RAN) astronavtların yerinə insanabənzər robotun Aya göndərilməsi ideyasını müzakirə edir.

 

TASS yazır ki, bu barədə Akademiyanın Kosmik Tədqiqatlar İnstitutunun elmi direktoru, Ay proqramının birinci mərhələsinin elmi rəhbəri, akademik Lev Zeleni danışıb.

 

"Əlbəttə ki, bu, uzaq perspektivdir, lakin biz indidən rusiyalı kosmonavtların uçuşu haqqında düşünməliyik. Kosmonavtların yerinə, insanabənzər bir robotun Aya göndərilməsi ideyası beləcə yarandı", - Zeleni deyib.

 

Alimin sözlərinə görə, robotun əsas vəzifəsi Ayda müxtəlif nümunələr toplamaq olacaq. Enişdən sonra robot pilləkənlər vasitəsilə aparatdan çıxacaq və müxtəlif nümunələr toplayacaq.

 

Akademik qeyd edib ki, gələcəkdə antropomorf robot Ayda yaşayacaq və lazımi məlumatları Yerə göndərəcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zəngilan Şəhəri Günüdür

Qadınların qorxulu yuxusu - KLİMAKS

Bu gün 1462 nəfər imtahan verəcək

O, özünə bunu etdi

"Wi-Fi"dan təhlükəsiz istifadə QAYDALARI

Şahid anası: “Cəmil ilk dəfə bizi bir onda aldatdı…”

Ətraf mühitin qorunması çağırışlı daha bir SƏRGİ

56 yaşlı türk velosəyahətçi Azərbaycanda

Mincivan qəsəbəsinin işğaldan azad olunmasının 4-cü ili

“Hakim partiyanın qalib olması Azərbaycanın maraqlarına uyğundur”

Bakıya YAĞIŞ, rayonlara QAR...

Van Dammın Qəbələdəki heykəli götürüldü

İrandan İsrailə XƏBƏRDARLIQ

3 minə yaxın jurnalist qeydiyyatdan keçdi

Sahibkarlar işçiləri istismar edirlər?