Kərkinin adı İrəvanın siyahısından SİLİNDİ

06:37 07-08-2024 | icon 370 | Dünya
Kərkinin adı İrəvanın siyahısından SİLİNDİ

Son zamanlar Kərki kəndinin Azərbaycana qaytarılmasına hazırlıq görüldüyünə dair Ermənkistan siyasi dairələri və KİV-də tez-tez məlumatlar yayılır. 

 

Kəndin hələ 2021-ci ildə Ermənistan hökumətinin saytında rayon və icmaların siyahısına daxil edilmədiyi ortaya çıxıb.

 

Belə ki, siyahıda Ararat icmasına 12 yaşayış məntəqəsinin daxil olduğu bildiirlir. Lakin burada Tiqranaşen (Kərki -red.) kəndinin adı çəkilmir. Ermənistan üçün strateji əhəmiyyəti olan bu kəndin siyahıya salınmaması ölkədə ciddi narahatlıq yaradır. Hələ o zamandan Kərkinin Azərbaycana qaytarılması üçün hazırlıq başladığına dair məlumatlar sürətlə yayılır.

 

Kərki və Qazaxın işğalda olan 3 kəndinin Azərbaycana təhvil veriləcəyi ilə bağlı iddialar ilk o zaman ortaya atılıb. Lakin İrəvan hökuməti rəsmilər bir-bir bu məlumatları təkzib etməyə başlayıblar.

 

Həmin vaxt hazırda Kərkinin tərkibinə daxil olduğu Ararat vilayətinin qubernatoru Razmik Tevonyan bu xəbərləri müxalifətin yanlış iddiaları kimi dəyərləndirib. Qubernator əhalini təşvişə düməməyə çağırıb, kəndin təhvili məsələsinin gündəmdə olmadığını deyib. Qubernatorun eyni ildə bir müdddət sonra istefa verməsi ermənilərin narahatlığını daha da artırıb. Kəndin təhvil veriləcəyi üçün Tevonyanın işdən çıxarıldığı iddia edilib. Kərkini Azərbaycana qaytarılması ilə bağlı sənəd imzalandığına dair iddialafr ortaya atılıb. Lakin Tevonyan açıqlama yayaraq bütün bunlrı təkzib edib.

 

Ararat vilayətinin Kərkiyə gedən yolda yerləşən Paruyur Sevak icmasından rus sərhədçilərin səssiz şəkildə çıxıb getməsi bu məsələni yenidən gündəmə gətirib. Ermənistan KİV qubernatorun hələ 2021-də kəndinin təhvil veriləcəyini bildiyi və vaxtında buna görə istefa verdiyini yazıb. Bu məsələdə Tevonyana tapşırığın isə Baş nazir Nikol Paşinyandan gəldiyi iddia olunur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zəngilan Şəhəri Günüdür

Qadınların qorxulu yuxusu - KLİMAKS

Bu gün 1462 nəfər imtahan verəcək

O, özünə bunu etdi

"Wi-Fi"dan təhlükəsiz istifadə QAYDALARI

Ətraf mühitin qorunması çağırışlı daha bir SƏRGİ

Şahid anası: “Cəmil ilk dəfə bizi bir onda aldatdı…”

56 yaşlı türk velosəyahətçi Azərbaycanda

Mincivan qəsəbəsinin işğaldan azad olunmasının 4-cü ili

“Hakim partiyanın qalib olması Azərbaycanın maraqlarına uyğundur”

Bakıya YAĞIŞ, rayonlara QAR...

Van Dammın Qəbələdəki heykəli götürüldü

İrandan İsrailə XƏBƏRDARLIQ

3 minə yaxın jurnalist qeydiyyatdan keçdi

Sahibkarlar işçiləri istismar edirlər?