“Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzi BƏYAN ETDİ

16:49 07-08-2024 | icon 515 | Siyasət
“Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzi BƏYAN ETDİ

Bu gün “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin növbəti iclası keçirilib.

 

Versus.Az xəbər verir ki, bu barədə “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzindən bildirilib.

 

Toplantıda ölkəmizdə və dünyada baş verən dəyişikliklər, hazırki ictimai və siyasi vəziyyət, cənubi Qafqazda gedən siyasi proseslərə regiondan kənar ölkələrin qərəzli mövqe və məkrli planları barədə fikir mübadiləsi aparılıb. Azərbaycanın tutduğu mövqe, dünya ölkələrinə olan yanaşmamız, Azərbaycana qarşı digər ölkələrin münasibətləri barəsində müzakirələr aparılıb.

 

“Yeni Xətt” Siyasi Tədqiqatlar mərkəzinin rəhbəri Ramil Hüseynli yaranmış vəziyyətlərdə ölkədə, dünyada baş verən dəyişikliklər barədə öz fikirlərini toplantı iştirakçıları ilə bölüşüb.

 

Azərbaycanın cənubi Qafqazda yaratdığı yeni reallıqlarının fonunda dünya güclərinin Azərbaycana olan münasibətdə müsbət mənada gedən dəyişikliklər, o cümlədən Ermənistanda revanşist qüvvələrə, obyektivlik hissini itirən bəzi ölkələrin çirkli məqsədləri daxildə bu məqsədlərdən sui-istifadə edərək, bəzi siyasi qüvvələrin dövlətimizin uğurlarına kölgə salmaq cəhdi tədbir iştirakçıları tərəfindən qətiyyətlə qınanıldı.

 

"“Yeni Xətt” Siyasi tədqiqatlar Mərkəzi olaraq həmişə Azərbaycan dövlətinin milli maraqlarına, milli mənafeyinə xələl gətirə biləcək bütün siyasi addımları pisləyirik. Bəyan edirik ki, dövlətin bütün uğurlarını bölüşən, milli maraqlarımızı qoruyan siyasi və diplomatik addımları dəstəkləyirik" -deyə tədbirdə qeyd edildi.

 

Tədbirdə eyni zamanda Azərbaycanda keçirilən parlament seçkiləri barəsində də fikir mübadiləsi aparılıb. “Yeni Xətt” Siyasi tədqiqatlar Mərkəzi bütün namizədlərə sağlam rəqabət və uğurlar arzu edib.

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Həmin o “əsas müxalifət” hələ də düşmən dəyirmanına sü tökür”

Prezidentdən mühüm MESAJLAR

Əli İnsanovun məhkumluğu GÖTÜRÜLDÜ

Daha 4 kənd Ordumuzun nəzarətinə keçir?

Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası YARADILIB

Pensiya alanlara MÜHÜM XƏBƏR

İllərlə seks köləsi kimi qaldı

Yüksək vəzifəyə YENİ TƏYİNAT

Uşaqlara görə nə qədər sosial müavinət verilir?

Süd vəzi xərçəngi ilə kəpək arasında ƏLAQƏ

Cüdoçularımız 25 il sonra ilkə imza atdılar

BDU-da ciddi NÖQSANLAR

Ali məktəbə qəbul olanların NƏZƏRİNƏ

Şuşada 32 ildən sonra İLK TOY

Röya “Yakışıklım” dedi