Bu miqrantlar Rusiyadan ÇIXARILIR

08:45 08-08-2024 | icon 380 | Dünya
Bu miqrantlar Rusiyadan ÇIXARILIR

Rusiya hökuməti MDB ölkələrindən olan miqrantlara qarşı qaydaları bir qədər də sərtləşdirib.

 

Bir müddət əvvəl ölkə parlamentinə polisə miqrantların deportasiyası ilə bağlı geniş imkan verən qanun layihəsi təqdim olunub. Bir sıra ekspertlər bu addımın Rusiyada miqrantların kiçik səhvlərə görə deportasiyası üçün geniş imkan yaradacağını bildiriblər.

 

Rusiyada həmçinin vətəndaşlığı olub, hərbi qeydiyyatdan keçməyən miqrantların vətəndaşlığının ləğv edilməsi də nəzərdən keçirilir.

 

Bununla belə Araz Ağalarovun “Krokus Hol” zalına terror hücumundan sonra əsas hədəfə Orta Asiyadan olan miqrantlar düşməyə başlayıblar. Onların bir qisminin ən xırda səhvlər səbəbindən deportasiyasına başlanıb. Yaranmış vəziyyət Orta Asiyadan Rusiyaya emiqrasiyanın azalmasına da şərait yaradıb.

 

Bundan başqa, Rusiyada miqrantların əczaçılıq, tibb, məktəb və məktəbəqədər təhsil sahələrinə buraxılmasını, kuryer olaraq işləmələrini qadağan etmək istəyirlər. Maraqlı məqam son dönəmlər Moskvanın əsasən müsəlman miqrantlar məsələsini qabartmağa çalışmasıdır. Bu vəziyyət “Krokus Holl” və Dağıstan teraktlarından sonra daha da şiddətlənib.

 

Rusiyada müxalifyönlü “Proyekt Media” layihəsi bu addımı daha çox hökumətin yaranmış situasiyanı öz piyarı üçün istifadə etməsi ilə əlaqələndirib. İddiaya görə, Moskva təhlükəsizlik sahəsində yaranmış boşluğu, eləcə də ölkədə formalaşan narazılığı islam radikalları, miqrantların üzərinə atmaqla həll etməyə çalışır. 

 

Qeyd edək ki, 1991-ci ildən bu yana Rusiya işçi çatışmazlığı ilə üz-üzədir və bunu daha çox postsovet ölkələrindən olan miqrantlar hesabına həll etməyə çalışır. Xüsusilə son 10 ildə Rusiyaya daha çox postsovet ölkələrindən olan miqrantlar axın etməyə başlayıblar. Bununla belə Ukrayna konflikti fonunda ölkədə millətçilik əhval-ruhiyyəsinin artması miqrantlarla bağlı vəziyyətə təsir etməyə başlayıb. Bununla belə Moskva zaman-zaman miqrant məsələsini postsovet ölkələrinə qarşı təzyiq aləti kimi istifadə etməyə cəhd edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zəngilan Şəhəri Günüdür

Qadınların qorxulu yuxusu - KLİMAKS

Bu gün 1462 nəfər imtahan verəcək

O, özünə bunu etdi

"Wi-Fi"dan təhlükəsiz istifadə QAYDALARI

Şahid anası: “Cəmil ilk dəfə bizi bir onda aldatdı…”

Ətraf mühitin qorunması çağırışlı daha bir SƏRGİ

56 yaşlı türk velosəyahətçi Azərbaycanda

Mincivan qəsəbəsinin işğaldan azad olunmasının 4-cü ili

“Hakim partiyanın qalib olması Azərbaycanın maraqlarına uyğundur”

Bakıya YAĞIŞ, rayonlara QAR...

Van Dammın Qəbələdəki heykəli götürüldü

İrandan İsrailə XƏBƏRDARLIQ

3 minə yaxın jurnalist qeydiyyatdan keçdi

Sahibkarlar işçiləri istismar edirlər?