“Onlar cəzalarını Azərbaycan Konstitusiyası çərçivəsində çəkəcəklər”

14:13 08-08-2024 | icon 262 | Siyasət
“Onlar cəzalarını Azərbaycan Konstitusiyası çərçivəsində çəkəcəklər”

Məhəmməd Əsədullazadə: "Belə tədbirlər Azərbaycanın qərarlarını sərtləşdirəcək"

 

"Azərbaycanda saxlanılan Qarabağ separatçılarının tələb edilməsi ilk növbədə erməni lobbisinin, Ruben Vardanyanın maliyyə hesabına həyata keçirilir".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib.

 

Onun fikrincə, ailəsi konkret olaraq erməni lobbisinə işləyir: şirkətləri var, pul müqabilində prosesi aparır və Fransadan da qaynaqlanır. M.Əsədullazadə eyni zamanda hesab edir ki, Azərbaycana təzyiqlər əlbətdə ki, boşunadır, heç bir nəticəsi olmayacaq:

 

“Avropa İttifaqı Separatçılara qarşı sərt addımlar atır. Biz bunun İspaniyada və digər ölkələrdə də şahidi oluruq. Separatçılar konkret olaraq cinayət əməli daşıyırlar. Azərbaycana qarşı hərbi cinayətlər, zorakılıq, konkret cinayət faktları var. Müharibə zamanı Gəncənin, Bərdənin bombalanmasını, terrorizmin dəstəklənməsini dünya da bilir, Avropa da. Sadəcə olaraq məsələyə ikili standartlardan yanaşırlar. Pul müqabilində Ruben Vardanyanın ailəsi bu istiqamətdə 100 minlərlə dollar və sair xərcləyirlər. Amma bunlar boşunadır. Belə tədbirlər Azərbaycanın daha da sərt qərarlar qəbul etməsinə gətirib çıxaracaq. Azərbaycan heç vaxt Qərbin bu kimi təzyiqləri qarşısında geri addım atmayıb, bundan sonra da belə olacaq”.

 

M.Əsədullazadə hesab edir ki, bu məsələ danışıq predmeti də olmamalıdır. Erməni separatçıları öz cəzalarını Azərbaycan Konstitusiyası çərçivəsində çəkəcək.

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zəngilan Şəhəri Günüdür

Qadınların qorxulu yuxusu - KLİMAKS

Bu gün 1462 nəfər imtahan verəcək

O, özünə bunu etdi

"Wi-Fi"dan təhlükəsiz istifadə QAYDALARI

Ətraf mühitin qorunması çağırışlı daha bir SƏRGİ

Şahid anası: “Cəmil ilk dəfə bizi bir onda aldatdı…”

56 yaşlı türk velosəyahətçi Azərbaycanda

Mincivan qəsəbəsinin işğaldan azad olunmasının 4-cü ili

“Hakim partiyanın qalib olması Azərbaycanın maraqlarına uyğundur”

Bakıya YAĞIŞ, rayonlara QAR...

Van Dammın Qəbələdəki heykəli götürüldü

İrandan İsrailə XƏBƏRDARLIQ

3 minə yaxın jurnalist qeydiyyatdan keçdi

Sahibkarlar işçiləri istismar edirlər?