“COP-29 dan Azərbaycana qarşı təzyiq kimi istifadə əbəsdir”

14:24 08-08-2024 | icon 276 | Siyasət
“COP-29 dan Azərbaycana qarşı təzyiq kimi istifadə əbəsdir”

Vüqar Dadaşov: "Qərb bu vəziyyətdə Paşinyandan daha operativ hərəkət tələb edir”

 

"Azərbaycanın COP-29 qlobal beynəlxalq tədbiri keçirmək ərəfəsində bir sıra Avropa ölkələrinin, xüsusən də Fransa mətbuatının Azərbaycana qarşı qarayaxma kompaniyası aparmasına təkcə Azərbaycan-Ermənistan kontekstindən baxmaq doğru deyil".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında siyasi təhlilçi Vüqar Dadaşov bildirib. 

 

Onun sözlərinə görə, Ermənistan terrorçularının Azərbaycan tərəfindən azad edilməsi üçün irəli sürülən tələblərin özü-özlüyündə icrası mümkün deyil. Çünki həmin şəxslər Azərbaycana qarşı ən ağır kateqoriyalı cinayətlər, müharibə və insanlıq əleyhinə cinayətləri törədib və barələrində cinayət təqibi prosesi gedir:

 

“Bu prosesə hər hansı bir şəkildə müdaxilə mümkün deyil. Bu reallq da bütün dünyaya, o cümlədən Avropa ölkələrinə, Fransaya çılpaqlığı ilə məlumdur. Ancaq tələbin icrasını mümkünsüz olduğu halda, Azərbaycanda həbsdə olan erməni terrorçularının azad edilməsi tələbi bir təzyiq vasitəsi kimi istifadə olunur.

Digər tərəfdən, Azərbaycanda həbsdə olan terrorçuların COP-29 tədbiri öncəsi qabardılması həm Azərbaycana qarşı təzyiq vasitəsi olaraq, həm də Ermənistanda Azərbaycana qarşı revanşist meyillərin güclənməsinə hesablanıb. Əlbəttə ki, Ermənistan-Azərbaycan arasında yeni müharibənin Rusiyanın Ermənistandakı dayaqlarına mənfi təsir edəcəyi məlumdur. Bu halda Azərbaycana qarşı qarayaxma kompaniyasının COP 29 tədbiri ilə əlaqəsi ancaq diqqəti cəlb etmək üçün istifadə edilməsidir. Azərbaycana erməni terrorçularının azad edilməsi ilə bağlı təzyiq Fransa başda olmaqla, Qərbin Cənubi Qafqazda oturuşması, Rusiyanın Cənubi Qafqazdan çıxarılması ilə bağlı planlara xidmət edir. Qərb bu vəziyyətdə Paşinyandan daha operativ hərəkət tələb edir”.

 

V.Dadaşovun fikrincə, əgər Paşinyan 2020-ci il Vətən müharibəsində Ermənistanın ağır məğlubiyyətindən və faktiki kapitulyasiya aktına imza atdıqdan sonra keçirilən seçkilərdə yenidən hakimiyyətdə qala bilibsə, Azərbaycanın 2023-cü il 19-20 sentyabr antiterror tədbirləri nəticəsində qondarma rejimin özünü buraxmasından sonra Ermənistanda geniş və uzunmüddətli "keşiş" mitinqlərindən hakimiyyətini qoruya bilibsə, deməli Paşinyan Rusiyaya qarşı yeritdiyi siyasətin real nəticələrini də görməyə bilməz:

 

“Əlbəttə ki, Rusiya Ermənistanda yeni açıq hərbi cəbhə açmaq istəmir, ancaq ən son anda hərbi gücdən istifadə edəcəyi şübhəsizdir. Paşinyanın belə riskli addımlar atması sözsüz ki, onun nəticələri görməməsi deyil, sadəcə onu Ermənistanda hakimiyyətə gətirən Qərbin bütün tapşırıqlarını icra etmək öhdəliyidir. Əlbəttə ki, Paşinyan həm öz və həm də Ermənistanın öz taleyinin böyük sual altında olduğunun fərqindədir. COP-29 dan Azərbaycana qarşı hər hansı bir şəkildə təzyiq kimi istifadənin təsiri yoxdur. Fransanın bu prosesdə də öndə görünməsi, Makron hakimiyətinin Azərbaycana qarşı həm siyasi-diplomatik və hərbi müstəvidə uduzduğundan, düşdüyü isterik halın nəticəsidir. Avropanın, və xüsusən də Makron Fransasının Azərbaycana qarşı heç bir təsir imkanları yoxdur. Makronun yeritdiyi "siyasət", onu, Fransanı daha da Azərbaycan qarşısında aciz durumunu siyasi rüsvayçılığa gətirəcək”.

 

PƏRİ
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zəngilan Şəhəri Günüdür

Qadınların qorxulu yuxusu - KLİMAKS

Bu gün 1462 nəfər imtahan verəcək

O, özünə bunu etdi

"Wi-Fi"dan təhlükəsiz istifadə QAYDALARI

Şahid anası: “Cəmil ilk dəfə bizi bir onda aldatdı…”

Ətraf mühitin qorunması çağırışlı daha bir SƏRGİ

56 yaşlı türk velosəyahətçi Azərbaycanda

Mincivan qəsəbəsinin işğaldan azad olunmasının 4-cü ili

“Hakim partiyanın qalib olması Azərbaycanın maraqlarına uyğundur”

Bakıya YAĞIŞ, rayonlara QAR...

Van Dammın Qəbələdəki heykəli götürüldü

İrandan İsrailə XƏBƏRDARLIQ

3 minə yaxın jurnalist qeydiyyatdan keçdi

Sahibkarlar işçiləri istismar edirlər?