Laçında itkin düşən hərbçilərimiz DƏFN EDİLDİ

14:32 08-08-2024 | icon 584 | Şəhidlər və şahidlər
Laçında itkin düşən hərbçilərimiz DƏFN EDİLDİ

2022-ci il martın 3-də Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə itkin düşmüş Azərbaycan Ordusunun əsgərləri Fərid Məmmədov və Firdovsi Abdullayevin nəşləri dəfn edilib.

 

Versus.az xəbər verir ki, Fərid Məmmədovun nəşi Quzanlı qəsəbəsindəki Şəhidlər Xiyabanında yaylım atəşi altında torpağa tapşırılıb. Tabuta bükülmüş Azərbaycanın üçrəngli dövlət bayrağı atasına təqdim edilib.

 

Firdovsi Mais oğlu Abdullayevin qalıqları isə Gəncə şəhər Məhsəti qəsəbəsində yaşadığı evə gətirilərək valideynlərinə təhvil verilib. O, bu gün Gəncə Şəhidlər xiyabanında dəfn olunub.

 

Qeyd edək ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında təmsil olunan aidiyyəti dövlət qurumları tərəfindən aparılmış axtarış-araşdırma işləri nəticəsində iyulun 3-də Kəlbəcər rayonunun İstisu qəsəbəsindəki Yüzbulaq yaylağının ərazisində Azərbaycan Ordusunun iki hərbçisinə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb. Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin Genetik Araşdırmalar Mərkəzində həyata keçirilmiş ekspertizalar nəticəsində qalıqların 2022-ci il martın 3-də Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək itkin düşmüş Azərbaycan Ordusunun əsgərləri - 23.05.2003-cü il təvəllüdlü Məmmədov Fərid Əjdər oğlu və 09.02.2003-cü il təvəllüdlü Abdullayev Firdovsi Mais oğluna aid olduğu müəyyən edilib.

 

Həyata keçirilmiş kompleks istintaq tədbirləri, məhkəmə-tibb və kriminalistik tədqiqatlarla müəyyən edilib ki, həmin əsgərlər 2022-ci il martın 3-də Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun olması səbəbindən istiqaməti itirərək itkin düşüb, uzun müddət soyuq temperaturda qalmaqla donvurma səbəbindən ölüblər. Əsirlərin itkin düşməsinə görə iki nəfər məsuliyyətə cəlb edilib.

 

1369664

 

 

1369672

1369671

13696701369669

1369668

136966713696661369666

1369665

 

 1369663

 

Fotolar "Azərtac"a məxsusdur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zəngilan Şəhəri Günüdür

Qadınların qorxulu yuxusu - KLİMAKS

Bu gün 1462 nəfər imtahan verəcək

O, özünə bunu etdi

"Wi-Fi"dan təhlükəsiz istifadə QAYDALARI

Ətraf mühitin qorunması çağırışlı daha bir SƏRGİ

Şahid anası: “Cəmil ilk dəfə bizi bir onda aldatdı…”

56 yaşlı türk velosəyahətçi Azərbaycanda

Mincivan qəsəbəsinin işğaldan azad olunmasının 4-cü ili

“Hakim partiyanın qalib olması Azərbaycanın maraqlarına uyğundur”

Bakıya YAĞIŞ, rayonlara QAR...

Van Dammın Qəbələdəki heykəli götürüldü

İrandan İsrailə XƏBƏRDARLIQ

3 minə yaxın jurnalist qeydiyyatdan keçdi

Sahibkarlar işçiləri istismar edirlər?