…erməni separatçılarının azadlığa buraxılması hərisliyi

14:44 08-08-2024 | icon 311 | Siyasət
…erməni separatçılarının azadlığa buraxılması hərisliyi

Elşad Mirbəşir: “Azərbaycana heç kim heç bir formada təsir göstərə bilməz”

 

Azərbaycanda həbsdə saxlanılan erməni separatçılarının sərbəst buraxılmasına dair Bakıya qarşı təzyiqlər bu gün də davam edir. Başda Fransa olmaqla, bir çox Avropa, qərb dairələrinin Azərbaycanda guya insan haqlarının, sülhün müdafiəsiçisi kimi çıxış edib, ölkəmizə qarşı ikilistandartlı, barmaqarası yanaşmaları açıq şəkildə görünür. Bu gün də son 30 ildə işğala, soyqırımına, qətliamlara məruz qoyulan Azərbaycan və onun insanının haqları deyil, işğalçı Ermənistan və başqa ərazilərin işğalı hesabına “qidalandırılan” erməni separatçılarının müdafiəsi gündəmə gətirilir. Bu gün ABŞ, Avropanın hüquqşünas, QHT ordusu, mətbuatı Cop 29 ərəfəsində erməni lobbisi ilə bir yerdə bu istiqamətdə ciddi əks fəaliyyət göstərirlər. Avropa, Qərb yenə də Azərbaycandan müharibədə tərksilah edilərərk həbsdə saxlanılan erməni separatçılarının, cinayətkarlarının azad olunmasını tələb edirlər.

 

Bu cəhdlər nə ilə nəticələnə bilər? Ümumiyyətlə, Azərbaycanla bu dildə danışmağın bir mənası varmı? Niyə Azərbaycan ərazisində yaşayan və seperatçılıq, quldurluqla məşğul olan erməniləri dəstəkləyən Avropa, Qərb institutları Ermənistandan vəhişəcəsinə qovulan 250 min azərbaycanlının hüququnu, Azərbaycanın işğal edilmiş ərazilərindən qovulan 700 min köçkünün hüquqlarını, son 30 ildə Ermənistan tərəfindən öldürülən 20 minədək azərbaycanlının hesabını, Azərbaycanın şəhərlərinə, mülki şəxslərin başına raket yağdıran, dinc insanları öldürən, aqibəti bilinməyən 4 min azərbaycanlının aqibəti ilə bağlı Ermənistandan hesab soruşmadan, əksinə, bu cinayətləri törədənlərə azadlıq  istəyir? Bu, absurd yanaşmanın, ikili, qərəzli mahiyyətlərinin göstəricisi olaraq necə dəyərləndirilməlidir?

 

Professor Elşad Mirbəşir bildirib ki, bir sıra dairələr, xüsusilə də Fransa COP 29-un Azərbaycanda keçiriləcəyi faktını həzm edə bilmir.

 

Onun sözlərinə görə, bu ölkələr ölkəmizə qarşı qərəzli mövqe sərgiləyir, Azərbaycanın COP 29-a ev sahibliyinə hər vasitə ilə kölgə salmağa çalışırlar:

 

“İndiki ərəfədə separatçıların azadlığa buraxılması məsələsinin qaldırılması, bu sual ətrafında genişmiqyaslı siyasi spikulyasiyaların aparılması bir daha bunu sübut edir. O separatçılar 30 il boyunca Azərbaycan xalqına sözün əsl mənasında zülm ediblər, xalqımıza qarşı sistemli soyqırımı həyata keçiriblər, Azərbaycanın dövlət təhlükəsizliyinə birbaşa təhdid yaradıblar. Separatizm nədir: hər şeydən öncə dövlət təhlükəsizliyinə təhdiddir, dövlətin ərazi bütövlüyünün pozulmasıdır. Azərbaycan öncə bu separatçılara silahı yerə qoymağı, öz ərazisində yaşayan ermənilərə reinteqrasiya ilə bağlı çağırışlar etdi. Yəni biz hər zaman beynəlxalq çərçivəsində olduqca humanist davranmışıq. Biz hər davranışımızda müvafiq beynəlxalq konvensiyaları nəzərə almışıq. Lakin Ermənistan tərəfi özünün deistriktiv işğalçılıq siyasətində israrlı olduğunu hər davranışı ilə nümayiş etdirirdi. Məhz Qərb dairələri elə Ermənistanla tandem şəklində Azərbaycana qarşı qərəzli siyasi mövqelərin formalaşdırılmasına cəhdlər edirlər. Vaxtilə bu separatçılar üzərindən də spekulyasiyalar edirdilər: guya hüquqları və təhlükəsizlikləri ilə bağlı problem var, bu problemin aradan qaldırılması üçün beynəlxalq mexanizmlər tətbiq etmək istəyirdilər və sairə. Məqsəd ondan ibarət idi ki, nəyin bahasına olursa olsun, Cənubi Qafqaz regionuna nüfuz etsinlər, burada öz mövcudluqlarını təmin etsinlər və sonra regionda özlərinin təhlükəli maraqlarını reallaşdırsınlar. Vaxtilə Azərbaycan ərazisində olan separatçılar, elə Ermənistanın özü də sadəcə olaraq bir alət rolunda çıxış edirdi. Ermənistanın Azərbaycana qarşı məqsədlərinə dəstək verirdilər. Bu da Ermənistanın alət rolunda çıxış etməsinin müqabilində onlara edilən jest idi və bu gün də davam edir. Ermənistan təhlükəli silahlarla silahlandırılır, Ermənistana ABŞ hərbçiləri yerləşdirilir, Avropa İttifaqının mülki missiyası Azərbaycana və digər region ölkələrinə qarşı kəşfiyyat fəaliyyəti həyata keçirməkdədir. Bütün bunlar çox təhlükəli nəticələrə gətirib çıxaracaq bir prosesdir".

 

E.Mirbəşir qeyd edib ki, Azərbaycan 2023-cü ilin sentyabr ayında antiterror tədbirləri görərək separatizmə son qoydu, təhlükəsizliyinə qarşı olan təhdidi aradan qaldırdı və uzun illər sistemli şəkildə Azərbaycan xalqının qanını tökən, Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirən cinayətkarları da həbs edərək öz gücünü, iradəsini nümayiş etdirdi. O, hesab edir ki, bu həm də dövlətin gələcək təhlükələrin preventiv olaraq qarşısının alınması istiqamətində atdığı addım idi. Onun sözlərinə görə, bu gün həbsdə olan separatçılar azadlıqda olsaydı, mütləq şəkildə ölkəmizə qarşı yenə də olduqca dağıdıcı, təhlükəli fəaliyyətlərini davam etdirəcəkdilər:

 

“Onların bu gün azadlığa buraxılması istəyi həm də ona hesablanıb ki, onları yenidən reablitasiya etsinlər, Azərbaycana qarşı yeni çıxışlara hazırlasınlar. Çünki onların separatizm, terrorizm, soyqırımların törədilməsi, ümumiyyətlə qanlı cinayətlərin törədilməsi sahəsində təcrübələri mövcuddur. Elə bu təcrübəni də Avropa istifadə etmək istəyir. Ayrı-ayrı hallarda biz görmüşük ki, bu cür insanlar özlərinin cinayətkar xarakterlərinə uyğun həmişə istifadə olunur. Bu gün elə rəsmi Parisin də əsas istəyi ondan ibarət idi. Onlar bu separatçılara görə narahatıydılarsa vaxtında onlara təsir etməliydilər ki, separatizmdən, Azərbaycan xalqına, dövlətinə qarşı cinayətlərdən əl çəksinlər. O zaman onları qorumaq mümkün olardı. Amma bu gün onlar Azərbaycan xalqına, dövlətinə qarşı törətmiş olduqları cinayətlərə görə layiqli cəzalarını alacaqlar. Və yenə də Azərbaycan onları tam hüquq çərçivəsində cəzalandıracaqdır. Onlar görmüş olduqları əməllərinə görə, törətmiş olduqları cinayətlərə görə hüquq çərçivəsində onlar öz cəzalarını alacaqlar. Azərbaycan hüquqa hörmət edən hüquqi dövlətdir, burada yalnız qanunlar işləyir. Və erməni separatçıları da elə Azərbaycan qanunları çərçivəsində öz cəzalarını alacaqlar. Onlar təhlükəli cinayətkarlardır, heç bir halda onları hərbi əsir və yaxud başqa formada adlandırmaq olmaz. Onlar separatçılar, terrorçular, dövlətimizə, xalqımıza qarşı qanlı cinayətlər törədənlərdir ki, onlar da layiqli cəzalarını almalıdırlar. Bu istiqamətdə Azərbaycana heç kim heç bir formada təsir göstərə bilməz”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zəngilan Şəhəri Günüdür

Qadınların qorxulu yuxusu - KLİMAKS

Bu gün 1462 nəfər imtahan verəcək

O, özünə bunu etdi

"Wi-Fi"dan təhlükəsiz istifadə QAYDALARI

Ətraf mühitin qorunması çağırışlı daha bir SƏRGİ

Şahid anası: “Cəmil ilk dəfə bizi bir onda aldatdı…”

56 yaşlı türk velosəyahətçi Azərbaycanda

Mincivan qəsəbəsinin işğaldan azad olunmasının 4-cü ili

“Hakim partiyanın qalib olması Azərbaycanın maraqlarına uyğundur”

Bakıya YAĞIŞ, rayonlara QAR...

Van Dammın Qəbələdəki heykəli götürüldü

İrandan İsrailə XƏBƏRDARLIQ

3 minə yaxın jurnalist qeydiyyatdan keçdi

Sahibkarlar işçiləri istismar edirlər?