"Zəngəzur dəhlizi sülh sazişindən ÇIXARILDI"
Zəngəzur dəhlizi Türkiyə üçün nə qədər önəmlidir?
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir müddət əvvəl Zəngəzur dəhlizinin sülh müqaviləsinə daxil edilməsinin zəruriliyindən bəhs etmişdi. İki gün əvvəl isə dəhliz məsələsinin Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişindən çıxarıldığı, növbəti mərhələyə saxlanıldığı açıqlandı.
Ümumiyyətlə, Zəngəzur dəhlizi Türkiyə üçün nə qədər önəmlidir? Ankara dəhlizin sazişdən çıxarılmasına necə reaksiya verəcək?
Politoloq Xəyal Bəşirov deyib ki, sülh sazişinin mətnindən Zəngəzur dəhlizi və nəqliyyat kommunikasiyaları ilə bağlı müddəaların çıxarılması Azərbaycanın regional sülhə verdiyi qiyməti göstərir:
“Yəni bunu regionda sülhün təmin edilməsi üçün atılan addım kimi qiymətləndirmək lazımdır. Bakı sülhdə ən maraqlı tərəfdir və son jest də bunu bir daha təsdiq edir.
Bizim üçün prinsipial məsələlər var. Biz Ermənistanın işğal siyasəti nəticəsində 30 ilə yaxın bloklanan nəqliyyat-kommunikasiya xətlərinin açılmasının tərəfdarıyıq. İndiki mərhələdə rəsmi Bakı çalışır ki, sülh sazişi tez bir zamanda imzalansın. Bu o baxımdan vacibdir ki, regionda maraqlı olan qüvvələr var və onlar sülhün olmasını istəmirlər. Azərbaycan həm də bu yolla onların qarşısını alır”.
Xəyal Bəşirov
Politoloq qeyd edib ki, rəsmi Ankara Bakının atdığı addımın önəmini başa düşür:
“Bu layihə Türkiyə üçün çox vacib idi. Amma Türkiyə üçün Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsi də vacibdir. Hesab edirəm, Türkiyə prosesi yaxından izləyir və Azərbaycanın mövqeyini dəstəkləyəcək. Necə ki Azərbaycan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına hörmətlə yanaşır, Ankara da bənzər mövqe sərgiləyir”.
BUNU DA OXUYA BİLƏRSİNİZ: Erməni güləşçidən daha bir xoşagəlməz hərəkət – VİDEO
Turan Rzayev
Xəbər lenti
Xalq artisti Mobil Əhmədovun xatirəsi anılıb
Sənətkarın qızı Nigar Əhmədova atası ilə bağlı xatirələrini bölüşüb