Keçmiş cəbhəçi Əli Kərimlini MƏHKƏMƏYƏ VERDİ

11:43 09-08-2024 | icon 335 | Siyasət
Keçmiş cəbhəçi Əli Kərimlini MƏHKƏMƏYƏ VERDİ

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Məhkəməyə verilib.

 

Versus.az xəbər verir ki, bu barədə Ə.Kərimli sosial şəbəkədə məlumat yayıb.

 

O bildirib ki, barəsində xüsusi ittiham qaydasında cinayət işi başladılıb:

 

“İş üzrə məhkəmənin hazırlıq iclası 13 avqust saat 11:00-da Nəsimi Rayon Məhkəməsində olacaq. Məhkəmədən mənə göndərilmiş bildirişdə xüsusi ittihamın kim tərəfindən qaldırıldığı yazılmayıb”.

 

AXCP sədri elektron məhkəmə portalında şikayətçinin kimliyinin göstərilmədiyini deyib:

 

“Sadəcə o qeyd olunub ki, xüsusi ittiham Cinayət Məcəlləsinin şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər bölümü ilə əlaqədar qaldırılıb”.

 

“Qafqazinfo” isə bildirir ki, Əli Kərimlini AXCP üzvlüyündən xaric edilmiş Əliyev Aydın Sədətqulu oğlu məhkəməyə verib. Belə ki, Aydın Əliyev 1995-ci ildən Azərbaycan Xalq Cəbhəsi Partiyasında fəaliyyət göstərib, 27 sentyabr 2015-ci ildə AXCP-nin qurultayında Nəzarət Təftiş Komissiyasına üzv, sonra sədr seçilib. AXCP Ali Məclisinin Rəyasət Heyətinin ümumi yığıncağının 10 iyun 2019-cu il tarixli qərarı ilə A.Əliyev partiya sıralarından kənarlaşdırılıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zəngilan Şəhəri Günüdür

Qadınların qorxulu yuxusu - KLİMAKS

Bu gün 1462 nəfər imtahan verəcək

O, özünə bunu etdi

"Wi-Fi"dan təhlükəsiz istifadə QAYDALARI

Şahid anası: “Cəmil ilk dəfə bizi bir onda aldatdı…”

Ətraf mühitin qorunması çağırışlı daha bir SƏRGİ

56 yaşlı türk velosəyahətçi Azərbaycanda

Mincivan qəsəbəsinin işğaldan azad olunmasının 4-cü ili

“Hakim partiyanın qalib olması Azərbaycanın maraqlarına uyğundur”

Bakıya YAĞIŞ, rayonlara QAR...

Van Dammın Qəbələdəki heykəli götürüldü

İrandan İsrailə XƏBƏRDARLIQ

3 minə yaxın jurnalist qeydiyyatdan keçdi

Sahibkarlar işçiləri istismar edirlər?