İsraildən XƏBƏRDARLIQ

19:02 13-08-2024 | icon 365 | Dünya
İsraildən XƏBƏRDARLIQ

"Birbaşa hücuma cavab olaraq İran ərazisinə zərbə endirəcəyik"

 

İsrail İran tərəfindən hər hansı birbaşa hücuma cavab olaraq bu ölkənin ərazisinə zərbə endirəcəyi barədə ABŞ və bir sıra Avropa ölkələrinə məlumat verib.

 

Versus.Az xəbər verir ki, bu barədə İsrailin "Qaley SAXAL" ordu radiosu məlumat yayıb.

 

Qeyd olunur ki, bu xəbərdarlıqların məqsədi gözlənilən İran hücumundan dərhal sonrakı dövrdə beynəlxalq ictimaiyyətin İsrailə təzyiqini əvvəlcədən azaltmaqdır.

 

Bu xəbərdarlıqlar çərçivəsində İsrail tərəfi aydın şəkildə bildirir ki, hücumun nəticələri nə olursa-olsun, hətta İranın zərbəsinin nəticəsində heç bir itki olmasa belə, İsrail cavab olaraq İrana hücum etmək əzmindədir.

 

Qeyd edək ki, avqustun 12-də "Fox News" telekanalı mənbələrə istinadən İranın 24 saatdan az müddətdə İsrailə hücum edə biləcəyini iddia etmişdi.

 

Xatırladaq ki, Fələstinin radikal HƏMAS hərəkatının siyasi bürosunun sədri İsmayıl Haniyənin Tehranda ölümündən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zəngilan Şəhəri Günüdür

Qadınların qorxulu yuxusu - KLİMAKS

Bu gün 1462 nəfər imtahan verəcək

O, özünə bunu etdi

"Wi-Fi"dan təhlükəsiz istifadə QAYDALARI

Şahid anası: “Cəmil ilk dəfə bizi bir onda aldatdı…”

Ətraf mühitin qorunması çağırışlı daha bir SƏRGİ

56 yaşlı türk velosəyahətçi Azərbaycanda

Mincivan qəsəbəsinin işğaldan azad olunmasının 4-cü ili

“Hakim partiyanın qalib olması Azərbaycanın maraqlarına uyğundur”

Bakıya YAĞIŞ, rayonlara QAR...

Van Dammın Qəbələdəki heykəli götürüldü

İrandan İsrailə XƏBƏRDARLIQ

3 minə yaxın jurnalist qeydiyyatdan keçdi

Sahibkarlar işçiləri istismar edirlər?