Meymunçiçəyi təhlükəsi BÖYÜYÜR
Afrika İttifaqının Səhiyyə Xidməti mpox (meymun çiçəyi) virusunun yayılması ilə əlaqədar qitədə sağlamlıqla bağlı fövqəladə vəziyyət elan edib.
Bu barədə Afrika Xəstəliklərə Nəzarət və Onların Qarşısının Alınması Mərkəzlərinin (ACDC) baş direktoru Jan Kasenya brifinqdə bildirib.
“Bir neçə Afrika ölkəsində davam edən mpox epidemiyasına görə, qitədə ictimai sağlamlıq sahəsində fövqəladə vəziyyət elan etmək qərarı verilib. Mpox dövlət sərhədlərini aşır, Afrikada minlərlə insan bu xəstəliyə yoluxub”, – o deyib.
Məlumata görə, xəstəlik Konqo Demokratik Respublikasından qonşu ölkələrə yayılıb.
Bu xəstəlik, xüsusilə uşaqlar arasında müntəzəm yaxın təmas vasitəsilə daha asan yayılır.
Afrika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (Africa CDC) keçən həftə virusun yayılma sürətinin həyəcan verici olduğu barədə xəbərdarlıq edib.
Qeyd edilib ki, ilin əvvəlindən Afrika qitəsində bu xəstəliyə 15 mindən çox yoluxma və epidemiyadan 461 ölüm halı qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 160% çoxdur.
Qeyd edək ki, səhiyyə sahəsində bütün Afrikada fövqəladə vəziyyət elan edilməsi qitənin səlahiyyətli orqanları və tibbi xidmətlər üçün ən yüksək xəbərdarlıq səviyyəsidir.
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...