Psixodiaqnostik testdən keçirməliyik
Bu testin bir neçə növü olur...
RAMİL HÜSEYNOV
/"Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri/
Hər bir seçki ölkə üçün əhəmiyyətli siyasi proses sayılır. Parlament seçkilərinin əhəmiyyətli statusu ciddi əsaslarla dəyərləndirilir. İstər ölkə xaricində, istərsə də ölkə daxilində bu həm də ölkədə seçki mədəniyyətinin nümayişidir.
Bir çox seçkilərdə iştirak etmişəm, seçki komissiyasının üzvü kimi səlahiyyətli nümayəndə və namizəd kimi tam təsəvvürə malik olmaq üçün kifayət qədər təcrübə qazanmışam. Seçki mədəniyyət olduğu kimi, seçkiyə münasibət prosesinin özünü qiymətləndirmək özü də bir mədəniyyətdir. Amma mütləq insanın elmi siyasi biliklərə malik olması lazımdır. Obyektiv qiymətləndirmə olsun deyə.
Bizdə maraqlar üstündə şəxsi istəklərə və hakimiyyət hərisliyinə nəzərən seçki qiymətləndirilməsi olur, bu da cəmiyyət üçün lazımsız siyasi baxışlarını kütləşdirməyə yönələn metoddur. Biz bunun qarşısını almaq üçün mütləq bu insanları psixodiaqnostik testdən keçirməliyik. Bu testin bir neçə növü olur.
Müvəffəqiyyət testi: onu keçirmək lazım deyil, çünki heç bir müvəffəqiyyətləri olmayıb.
Kreativlik testi: buna ehtiyac yoxdur, çünki heç bir kreativ addım görməmişik.
Ancaq bunları intellekt şəxsiyyət və proyektiv testdən keçirmək lazımdır. Bu testlərdən keçirmək üçün mütləq hakimiyyət müvafiq qurumlara tapşırıq versin, dərhal nizamnamə, əsasnamələr hazırlansın, texniki qurğularla təchizetmə fəaliyyəti sürətlənsin. İndiyə qədər heç bir əqli nəticə əldə edə bilməyən, təfəkküründə irəliləyiş yarada bilməyənlərin qiymətləndirməsini heç vaxt qəbul etmək olmaz, təfəkkür insan üçün vacib bir xüsusiyyətdir. Çünki ağlın dərinliyi, çevikliyi müstəqilliyi, tənqidiliyi, görünmə bucağı təfəkkürdən aslıdır.
Mütləq testdən keçirək, o da bir mədəniyyətdir, hamının kim olduğu bilinsin. Hələ başqa testlərədə ehtiyac var, onunla da bağlı siyasi hakimiyyətə təkliflərimizi verərik.
Xəbər lenti
COP29-un sülh çağırışına və Azərbaycanın təşəbbüslərinə DƏSTƏK
"COP29-un sülh quruculuğu səyləri və COP Atəşkəs təşəbbüsü" - QƏTNAMƏ