750 minlik FIRILDAQ

18:50 14-08-2024 | icon 618 | Hadisə
750 minlik FIRILDAQ

Bakıda nazirliyin işçisini aldadaraq…

 

Cinayət Məcəlləsinin 178.3.2-ci, yəni külli miqdarda dələduzluq əməlində təqsirləndirilən Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm qəsəbə sakini, 1987-ci il təvəllüdlü Rahib Əliyev həbs edilib.

 

Məhkəmənin hökmü ilə avqustun 2-də Rahib barəsində həbs-qətimkan tədbiri seçilib və o, məhkəmə zalında həbs edilib.

 

İttihama görə, Rahib sinif yoldaşı olan və nazirliklərdən birində çalışan Xaliq adlı şəxsi, onun iş yoldaşlarını və bir neçə qohumunu öz biznesinə şərik etmək adı ilə aldadaraq ümumilikdə 750 min manat pul alıb. Lakin Rahib heç bir biznes sahibi olmayıb, pulların bir hissəsini həmin şəxslərə gəlir kimi qaytararaq biznesinin uğurlu olması barədə yalan fikir formalaşdırıb. Pulun böyük hissəsini isə özü üçün xərcləyib.

 

Bir müddət sonra Rahibin fırıldağının üstü açılıb və onun barəsində hüquq-mühafizə orqanlarına şikayətlər daxil olub. İş üzrə 11 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Rahibin onların birindən 204 min, digərindən 70 min və fərqli məbləğlərdə pul alaraq ələ keçirməsi məlum olub.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin ötən həftə çıxardığı hökmlə Rahib Əliyev 6 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. /Publika.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zəngilan Şəhəri Günüdür

Qadınların qorxulu yuxusu - KLİMAKS

Bu gün 1462 nəfər imtahan verəcək

O, özünə bunu etdi

"Wi-Fi"dan təhlükəsiz istifadə QAYDALARI

Ətraf mühitin qorunması çağırışlı daha bir SƏRGİ

Şahid anası: “Cəmil ilk dəfə bizi bir onda aldatdı…”

56 yaşlı türk velosəyahətçi Azərbaycanda

Mincivan qəsəbəsinin işğaldan azad olunmasının 4-cü ili

“Hakim partiyanın qalib olması Azərbaycanın maraqlarına uyğundur”

Bakıya YAĞIŞ, rayonlara QAR...

Van Dammın Qəbələdəki heykəli götürüldü

İrandan İsrailə XƏBƏRDARLIQ

3 minə yaxın jurnalist qeydiyyatdan keçdi

Sahibkarlar işçiləri istismar edirlər?