Nüfuz əhatələrini kiçildib, özləri boyda ediblər

15:56 16-08-2024 | icon 1420 | Kürsü
Nüfuz əhatələrini kiçildib, özləri boyda ediblər

Seçici maşını partiyaları kimi fəaliyyət göstərənlər də var

 

RAMİL HÜSEYNOV
/"Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri/

 

Bütün siyasətçilər tərəfindən, siyasi biliklərə yiyələnmə mütləqdir, çünki siyasətin əsasını siyasi biliklər təşkil edir. Siyasi demaqoqiya, siyasi pafos, siyasi qarayaxma, siyasi şərləmə - bütün bunlar heç də siyasi biliklərə yiyələnmək deyil.

 

Bəli, vaxt olub ki, bu sadaladıqlarım müəyyən nəticə verib, amma zaman baxımından qısamüddətli olub. İndi isə dünyada inkişaf edən müasir texnologiyalar, o demoqoqiyaları cəmiyyət tərəfindən qəbul olunmağa imkan vermir. İnsanlar asanlıqla, internetin verdiyi imkanlar vasitəsi ilə, bütün bu mənasız siyasi manevrləri dərhal üzə çıxarda bilirlər. Yaddaşı bərpa və istənilən prosesi analiz etmək üçün kifayət qədər şərait mövcuddur. Bizim ölkə də bu imkanlardan istifadə etmək, yaralanmaq üçün cəmiyyətə maksimum şərait yaradıb. Heç kimin davranış və hərəkətləri, öyrənmək istəyənlər üçün qapalı qalmır.

 

Hal-hazırda siyasi biliklərlə, müasirliyi dərk etməklə və o sivilizasiyaya nüfuz etməklə siyasətdə uğur qazanmaq şansı əldə edə bilirsən, bu da təbii ki, insanın özündə cəmləşdirdiyi mənəvi xarakterlərlə mümkündür. Siyasi partiyaların müəyyənləşmiş kriteriyalarla fəaliyyətində, siyasi ədəbiyyata bəlli olan çoxlu klassifikasiya sxemləri ilə idarəetmə metodları mövcuddur. İdeoloji partiyalar; yəni bəlli ideologiya qarşısına qoyulan partiyalar daha çox uğur əldə edə bilirlər. Təəssüf ki, bizdəki partiyalar bu siyasi və bu klassifikasiya sxemindən uzaqdırlar. Onlar daha çox şəxsiyyətlər üzərində qurulan bir metoddan istifadə etdilər, bunun da nə cür bir siyasi xəstəlik olduğunu hamımız bilirik. Əfsuslar olsun ki, xəstəliyi müalicə etməyəndə xroniki hal alır və sağalması mümkün olmur. Çünki xəstəlik ya müalicə olunmalı və fəsadın qarşısı alınmalıdır, ya da müalicə etmədən siyasi ölümünü gözləməlidir.

 

Azərbaycanda siyasi partiyalar müalicə reseptini yaza bilmədilər, bəziləri də səhv müalicə ilə yenə xronikləşmə prosesinə təkan verdilər. Nəticədə toksin zərbələrindən siyasi sağlamlıqlarına son qoydular. Hakim partiya, bəlli milli ideologiyanı özünün Ana xətti elan etdi və nəticə göz qabağındadır. Bütün qarşılarına qoyduğu məqsədlərə nail oldular və cəmiyyətin etimadını tamamən özlərinə cəlb etdilər. Milli mənafe, iqtisadi maraqları və beynəlxalq münasibətlərdən əmələ gələn maraqları, milli ideologiya strategiyasına daxil etməklə, uğurlu taktika ilə həm ölkənin, həm də özlərinin siyasi dayaqlarını möhkəmləndirdilər.

 

Radikal demoqoqiya pafosu seçən partiyalar islahatçı donuna girdilər, sonra inqilabçı libasını geyindilər daha sonra isə irticaçı əbanı əyinlərinə taxdılar. İndi də baykotçu kostyumuna sahibləniblər və tam nüfuz əhatələrini kiçildib, özləri boyda ediblər.

Seçici maşını partiyaları kimi fəaliyyət göstərənlər də var. Partiya aparatı yoxdur, özlərini yalnız seçkilərdə sınamaq eşqinə düşüblər. Əllərinin ikisini də qaldırıblar və ayaqlarının altınada, görsənsinlər deyə köhnə sovet oturacaqlarının qoyub, üstünə çıxıblar. "Biz də varıq" deyə hayqıranlar, sizin siyasi fəlsəfəniz və praktik fəaliyyətiniz yoxdur, boşdur, anlayın lütfən bunu, hərəkət üslubunuz yanlışdır. Xarici ölkələrin nümayəndələri ilə görüşüb, insan hüquq azadlıqlarından narahatlıqlarını ifadə edənlər, 30 il bizim insanlarımızın hüquqları pozulurdu, cürətiniz çatırdısa onlardan tələb edərdiniz. Mənim insanımın hüququ pozulub, dövlətimin hüquqları pozulub, ərazi bütövlüyümüz pozulub, torpaqlarımız işğal olub - bu məsələlərin heç biri yadınıza düşmədi. Çünki ideologiyanız yoxdur, ideoloji xəttiniz xəstələnib. Sizin güvəndiyiniz o insan hüquqlarını "guya" qoruyanlara müalicənizi etibar edib və nəticədə özünüzü xroniki siyasi xəstəliyə düçar etdiniz. Bizə belə siyasət, belə siyasi sistem heç lazım deyil. Cəmiyyət də sizləri, etiraf etdiyiniz kimi qəbul etmədi. Dövlətə sabitlik, dayanaqlı, sistemli, fundamental idarəçilik lazımdır. Bacarırsınızsa, bu müqəddəs prosesə qatılın, sağalmağa cəhd edin, ya da özünüzü izolasiya edin ki, başqaları zərər görməsin.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

Bu müalicə də icbari tibbi sığortaya daxildir

Bu və növbəti şənbə tam iş GÜNÜDÜR

"COP29 dünya mətbatının diqqətindədir"

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

Dieqo tennis karyerasına məğlubiyyətlə başlayıb

COP29 iştirakçısının 3618-i jurnalistdir

"Neftçi" 4 oyunçusu ilə yollarını ayırdı

COP29-a qatılmaq istəməyənlərin əsl mahiyyəti

Redon Cica "Qarabağ"dan ayrılmaq istəyir

Məşhur şirkət 5 min nəfəri işdən ÇIXARIR

Sensasiyalı KƏŞF

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR