Boğazdan yuxarı danışanlara...

19:05 20-08-2024 | icon 1483 | Kürsü
Boğazdan yuxarı danışanlara...

Bu, Azərbaycan üçün böyük bir tarixi hadisə idi

RAMİL HÜSEYNOV
/"Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri/

 

Dövlətçilik anlayışını dərk etmək, onun siyasi mahiyyətinin fəlsəfəsini düzgün yönəltmək heç də asan məsələ deyil. Bütün dünya dövlətlərində kimlərsə iddia edə bilər ki, öz dövlətini daha yaxşı idarə edə, daha güclü dövlət qura, suverenliyi daha möhkəm təmin edə bilər. Bizim ölkəmizdə də bu iddia ilə yaşayanlar var. Sadəcə digər ölkələrdən fərqli olaraq, həmin iddiaların təməlində yalnız siyasi səhnədə qalmaq üçün istifadə var. Elə olmasaydı, hər seçki ərəfəsində eyni sözləri, eyni hərəkətləri təkrar etməzdilər.

 

Təbii ki, hər işə nəticəyə görə qiymət verilir. Nəticəsiz iş “sabun operasıdır”, müzakirə belə olunmur.

 

Hazırda bizim üçün ən böyük nəticəni mövcud hakimiyyəti idarə edən siyasi rəhbər Prezident İlham Əliyev ərsəyə gətirdi. Torpaqlarımız mənfur düşməndən təmizləndi. Yüz illər boyu bizə düşmənçilik edən, siyasi ideyaları, çirkin niyyətləri doğru-düzgün düşünülmüş strategiya darmadağın etdi. Bu, dünyanın siyasi güc mərkəzlərinin baxışlarında bizim dövlətə qarşı dönüş yaratdı. Dövlətimizin qürurunun, prinsipiallığının, maraqlarının hər şeydən üstün olduğunu nümayiş etdirdi. Biz bir millət olaraq bu möhtəşəm qələbəni, nəticəni dəyərləndirdik.

 

Bu onun göstəricisidir ki, millətimiz, xalqımız hər şeyi dəyərləndirə bilir, yaxşını, pisi ayıra bilir.

 

Bu günün reallığı naminə aparılan, yürüdülən siyasət Azərbaycan üçün çox böyük bir tarixi hadisə idi. Bu gün Azərbaycanın bütün ərazilərində parlament seçkilərinə hazırlıq gedir. Halbuki biz işğaldan azad olunan o torpaqları görmədən, o torpaqlara ayaqlarımız dəymədən belə, həsrətlə o ərazilərimizin, bütövlüyümüzün bərpa edilməsini gözləmişik.

 

Böyük danışmaq yox, böyük iş görmək lazımdır. Dövlətimizin bütövlüyünü, milli qürurumuzu, milli mənliyimizi, milli ruhumuzu bərpa etdik. Biz bir daha göstərdik ki, bu dövlət hansı gücə və nəyə qadirdir. Bu siyasəti yürüdənlər, bu dövləti idarə edənlər hər kəsə hansı qüdrətə malik olduğunu göstərdi.

 

44 günlük savaş və əldə olunan zəfər tarixindən 4 il keçir. Biz bu şərəfli tarixi hər bir işimizin, fəaliyyətimizin gündəmi olaraq baş səhifədə tutacağıq və tutmalıyıq. Çünki o torpaqlar Şəhidlərin qanı bahasına azad olundu. Bu, böyük tarixi hadisədir. Bu şanlı tarixi danmaq olmaz, bu çox böyük haqsızlıq olar. Ən azından xəyallarla yaşayanlar əllərinə fürsət düşən kimi bu tarixi hadisəni ləkələməyə çalışmaqla öz cılızlıqlarını ortaya qoyurlar. Onlara demək istəyirəm ki, bu tarixi qələbə bizim Şəhidlərin, qazilərin qanı bahasına olub. Dövlət olaraq, siyasi rəhbərlik olaraq bunun ərsəyə gətirilməsi üçün hansı dövrlərdən keçildiyini siz də bilirsiz. Üzləşdiyimiz təsirlərə baxmayaraq, sözümüzü cəsarətlə deməyi bacardıq. Dünyada dövlətimizə qarşı mənfur planların qarşısını almaqla regionun qüdrətli dövlətinə çevrildik, yol xəritəsinə nail olduq. Azərbaycan o yol xəritəsi ilə uğurla irəliləyir və qarşısında duran, ona müxtəlif vasitələrlə təsir etməyə çalışanlar cəfəngiyyatdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

Bu müalicə də icbari tibbi sığortaya daxildir

Bu və növbəti şənbə tam iş GÜNÜDÜR

"COP29 dünya mətbatının diqqətindədir"

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

Dieqo tennis karyerasına məğlubiyyətlə başlayıb

COP29 iştirakçısının 3618-i jurnalistdir

"Neftçi" 4 oyunçusu ilə yollarını ayırdı

COP29-a qatılmaq istəməyənlərin əsl mahiyyəti

Redon Cica "Qarabağ"dan ayrılmaq istəyir

Məşhur şirkət 5 min nəfəri işdən ÇIXARIR

Sensasiyalı KƏŞF

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR