Özünüzə hörmət qoymursuz, heç olmasa...

13:55 22-08-2024 | icon 1959 | Kürsü
Özünüzə hörmət qoymursuz, heç olmasa...

Gedin mişarla çürük ağac doğrayın

 

RAMİL HÜSEYNOV
/"Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri/

 

"Rusiya ərazilərini qoruya bilmir, amma Azərbaycana möhtacdır". Bu sözlərin müəllifi vaxtı ilə "Azərbaycan Rusiyaya möhtacdır" deyirdi, indi Rusiya bizə möhtac oldu. Müəllifin yaddaşsızlığıdımı bu?! Xeyr, bu sadəcə siyasi əxlaqsızlıqdır.. niyə? çünki siz, şüursuz şura yaradanda Rusiyaya sığınmışdınız. Rusiyanın əli ilə Azərbaycanda hakimiyyət dəyişikliyi eləmək eşqinə düşmüşdüz. Amma sizi "barbi kuklası"nı oynadan uşaqlar kimi oynatdılar və şüursuzlara məcburi "A klass" şüursuzu rəhbər qoyduz. Müəllifin özü qara ləkəli keçmişinə görə, siyasi mübarizəyə girməkdən qorxdu, avanturistlik etdi. Yəni sonu əvvəldən bəlli olan ideyanın müəllifi oldu. Avanturizmin qurbanı yenə şüursuzlar oldu. Nəticə göz qabağında, dəyərlərimizə hörmətsizlik edənləri qabağa verib arxasında gizlənənlərin adı siyasətdə, cəmiyyətdə, bəşəriyyətdə adını bilənlər gözəl bilir adını özləri qoysunlar.

 

Bizə möhtac olanlar hələ çox olacaq. Qəbullanmırsınızsa, o sizin illər boyu boğazınızda qalıb, uda bilmədiyiniz macəradır, o macəraları xalq basdırıb. Nə qaytara bilərsiniz, nə də uda bilərsiniz. Bacara bilmədiyiniz macəra ilə niyə oynayırsınız, vərdişkar olarsınız.

 

İlham Əliyevin səlahiyyət məsələsinə gəldikdə, sərəncamları ilə yaşayırsan, oturub-durursan, Ali Baş komandan kimi təbrik edirsən, nə addım atırsan, o səlahiyyətlərin imkanları ilə uyuşursan və bu ifadələri hansı məntiqlə dilinə gətirirsən bu macəra möcüzələrini sən, sənə oxşarlar edə bilir. Davam elə, çünki bu, fitrətivizi göstərir.

 

Legitimlik məsələsinə gəldikdə, Azərbaycanın tarixinə nəzər salsaz, əgər fitrətiniz imkan versəydi, Legitim Azərbaycanı dünyaya tanıtdıran legitim Prezidenti görərdiniz. Görə bilməzsiniz, çünki görmə qabiliyyətinizi əlinizdən alıblar. Legitim ölkənin, legitim prezidentin maraqları milli maraqdır, onu görmək üçün müstəqil olmaq lazımdır. Müstəqillər etimadı legitim siyasi rəhbərə etibar ediblər. Sizin cümləniz bitmiş bir fikir ifadə edə bilmir, çünki qərəz və böhtandır. Özünü böhtan mənbəyinə çevirən müəllif. Çin bu gün dünyada iqtisadiyyatın hansı səviyyəsindədi, regionda maraqları, o maraqlardan doğan siyasi, iqtisadi maliyyələşmələri dərk etmək üçün o səviyyəni nəzərə almaq lazımdır. O nəzər sizdə yoxdur. Çünki macəralarla yaşayan o səviyyəni görə bilməz. O dağa çıxmaq üçün təbii nəfəs lazımdır, suni nəfəslə alınmır.

 

Tərəqqini, bizim ordunun ərsəyə gətirdiyi qələbəni, insan haqlarını, demokratiya azadlıqlarını İlham Əliyev regiona gətirdi. Qaçqınların, köçkünlərin hüquqlarını beynəlxalq qanunlara istinad edərək, biz o hüquqları və anlayışları cənubi qafqazda bərpa etdik. Yararlana bilənlər yararlanır. Siz yaralana bilmədiz, çünki qərəz imkan vermir və doğru deyirsiniz xalqımız biganə qalmadı, qərəz, böhtan müəlliflərinə yerini göstərdi.

 

Arxa bağça anlayışına gəldikdə isə, siz dövlətimizi, millətimizi təhqir edirdiniz. Bu bir siyasi xadimə, siyasi “liderə”, siyasi alverçiyə belə yaraşan tərz deyil. İndi bu ölkənin ancaq qabaq baxçasında oynamağa imkan verirlər, hələ də arxa baxçadasınızsa zəhərlənmə ehtimalı böyükdür. Siyasətdə nə dediyinizi, nə danışdığınızı, nə düşündüyünüzü bilmirsinizsə, gedin mişarla çürük ağac doğrayın, bu qurulan, inkişaf edən qüdrətli Azərbaycana mişar çəkməyə cəhd etməyin, dişləri qırılıb artıq o mişarın. Özünüzə hörmət qoymursunuz, heç olmasa mişara hörmət qoyun.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

Bu müalicə də icbari tibbi sığortaya daxildir

Bu və növbəti şənbə tam iş GÜNÜDÜR

"COP29 dünya mətbatının diqqətindədir"

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

Dieqo tennis karyerasına məğlubiyyətlə başlayıb

COP29 iştirakçısının 3618-i jurnalistdir

"Neftçi" 4 oyunçusu ilə yollarını ayırdı

COP29-a qatılmaq istəməyənlərin əsl mahiyyəti

Redon Cica "Qarabağ"dan ayrılmaq istəyir

Məşhur şirkət 5 min nəfəri işdən ÇIXARIR

Sensasiyalı KƏŞF

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR