YAP namizədləri şanslıdır

16:53 23-08-2024 | icon 2086 | Kürsü
YAP namizədləri şanslıdır

Seçkidən sonra yeni böhtan mərhələsinə başlamayın

RAMİL HÜSEYNOV
/"Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri/

 

Artıq seçkilərə qısa müddət qalıb. Hər seçkidə olduğu kimi, bu seçkidə də yeni simalarla tanışlıq prosesi, köhnə simaların yeni metodlarla manipulyasiya manevrləri ilə rastlaşırıq. Kənardan müşahidələr çox maraqlıdır. Yap-ın namizədlərinin seçkidə bəlli bir əvvəldən müəyyənləşən vahid sxemlə hərəkət qrafikası var, onunla da gedirlər. Hə, bu gün onların qələbə qazanma şansları var. Səbəb partiyanın sədrinin son illər qazandığı uğurlar, doğru, mükəmməl siyasi, ideoloji, siyasi xəttin ortaya qoyulmasıdır. Xalq bu səbəblərə görə o namizədlərə daha çox üstünlük verir. Yeni Azərbaycan partiyası bu qələbəni də qazanacaq, artıq bu bəllidir. Cəmiyyətin mövqeyi, insanların fikirləri, düşüncələri bu fikri diqtə edir.

 

Amma digər cəbhədə olan, müxaliflik edən (əslində müxaliflik anlayışının onlara heç bir aidiyyəti yoxdur) siyasi partiyalar bu illər ərzində nə qədər zəiflədiklərinin fərqindədirlərmi?! Siz niyə bu qədər immunitetinizi zəiflətdiz ki, yanlış, qərəzli qərarlarınızla indi bərpa oluna bilmirsiz? Seçki təbliğatları sıfır səviyəsində, bir görüş yox, bir geniş ictimaiyyətə çatdırmaq üçün təbliğat metodu yox, seçicilərlə yalnız gecə gəzintisində və yaxud məhlə gəzintisində ayaqüstü salamlaşır və təqdim edirlər özlərini, bununla da missiyaları bitir. Sabah "seçki saxtalaşdırıldı, mən seçicilərimin səsini qazanmışdım", falan-filan qaraqışqırığa başlayacaqsınız. Bu nə vaxta qədər davam edəcək, siz bir onu düşünün. Belə mübarizə üsulu, belə müxalifətçilik, belə rəqabət kimə və nəyə lazımdır. Bu gündən maneələr, şikayətləriniz varsa deyin, seçki bitəndən sonra yeni böhtan mərhələsinə başlamayın. Heç kim ciddiyə almaz.

 

Sanki təbəqələşmə prosesi gedib, aralarında baykotçular öz missiyaları ilə gedir. Onlar ölkədə düşmənçilik missiyasının ana xəttini aparanlardır. Çox təəssüflər olsun ki, müəyyən vətəndaşlarımız onların toruna düşür. Ən çox acınacaqlı hal budur, kiminsə taleyinə biganə qalmaq olmaz. Amma tora düşməklə özlərinin gələcək həyat perspektivlərini məhv edənlər ciddi düşünsünlər. Ölkədə qanunlar hamı üçündür, dövləti, dövlətçiliyimizi qorumaq hamımızın borcudur. Dövlətə qarşı insanları yönəltməyə cəhd edənlər, əmin olun ki, sizin bu siyasi cığırınız məhv olub gedəcək.

 

Parlamentdə təmsil olunanda seçki saxta olmur, seçilməyən kimi olur saxta seçki. Bu nə siyasət, bu nə məntiq, bu nə davranış?! Gələcəyini məhv etdiyiniz insanlara heç olmasa yazığınız gəlsin. Onlar bu ölkənin vətəndaşı, bir ailənin övladı, bir ailənin başçısıdırlar. Əl çəkin bu iztirablı insanların həyatını məhv etməkdən. Bu, mənəvi cinayət və günahdır. Zatən siz özünüzü bitirmisiniz, heç olmasa o insanları bitirməyin.

 

İştirak edənlərin bir qismi isə sosial şəbəkədə səlahiyyətli nümayəndə, vəkil elanı verir. Partiya sosial şəbəkədə sədri üçün elan verir. Bax budur sizin siyasi "uğurlarınız", amma danışanda efir qəhrəmanına çevrilirsiz. Praktik olaraq sizin dəyəriniz bəlli, elanlarla işləyin, küçədə kimi tutduz söhbət edin, gecə bulvara çıxın insanların hansı sizə çaşıb salam verdisə, deyin ki, "mənə səs verin". Baxın, seçki təbliğat və təşviqat kompaniyanız necə “möhtəşəmdir".

 

Bir konseptual seçki sxeminiz yox. İstəyirsən baykotçu ol, istəyirsən realçı ol, istəyirsən müxalifətçi ol, istəyirsən jurnalist ol, kanal aç. Xaricdən sizin problemin qoyuluşu düzgün deyil hələ kiŞ və öyrənilməsi modeli düzgün deyil. Tədqiqat metodunu öyrənmək üçün elmi baxışlarınız, yanaşmalarınız düzgün deyil, qərəz və böhtan - bununla hara qədər gedəcəksiz?!

 

Bunları əslində tibbdə şəxsiyyət pozuntusu ilə izah etmək olar. Tibbdə şəxsiyyət pozuntusu kateqoriyaları var və siz şizofren şəxsiyyət pozuntusu kateqoriyasına, bir də isterik şəxsiyyət pozuntusu kateqoriyasına düşənlərdənsiz.

 

Qurtulmaq yolları sizlikdir, mən probleminizi söylədim...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

Bu müalicə də icbari tibbi sığortaya daxildir

Bu və növbəti şənbə tam iş GÜNÜDÜR

"COP29 dünya mətbatının diqqətindədir"

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

Dieqo tennis karyerasına məğlubiyyətlə başlayıb

COP29 iştirakçısının 3618-i jurnalistdir

"Neftçi" 4 oyunçusu ilə yollarını ayırdı

Redon Cica "Qarabağ"dan ayrılmaq istəyir

COP29-a qatılmaq istəməyənlərin əsl mahiyyəti

Məşhur şirkət 5 min nəfəri işdən ÇIXARIR

Sensasiyalı KƏŞF

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR