Durovun həbsinə görə dünyaya insan hüquqlarından dərs deyənlər

09:43 27-08-2024 | icon 1008 | Geopolitika
Durovun həbsinə görə dünyaya insan hüquqlarından dərs deyənlər

 

“Fransa hüquq-mühafizə orqanları tərəfindən Durovun həbs olunması siyasi sifarişdir. Bu bir daha göstərdi ki, demokratiya, insan haqqları, söz azadlığından gen-bol danışan Qərb dairələri müstəqil jurnalistikanı, kütləvi informasiya vasitələrini özləri üçün təhlükə olaraq görür”.

 

Versus.az xəbər verir ki, bunu politoloq Nəsib Məhəməliyev rus əsilli, BƏƏ və Fransa vətəndaşı Teleqram sosial şəbəkəsinin yaradıcısı Pavel Durova qarşı həbs qərarının verilməsi əsasında Fransa hökumətinin apardığı siyasətin əsl mahiyyətinə diqqət çəkib.

 

N.Məhəmməliyev qeyd edib ki, Fransada klassik anlamda ümumbəşəri dəyərlər, beynəlxalq hüququn təməl prinsipləri demək olar ki, deqradasiyaya uğrayıb, işləmir. Onların yerini korporativ maraqlar üzərində qurulmuş ikili standartlar tutur.

 

“Biz 30 illik işğal dövründə və ondan sonrakı proseslərdə bunları tam çılpaqlığı ilə gördük. Dünya birliyi işğalçı Ermənistanı nəinki qınamadı, əksinə hər tərəfli dəstək verdi. Bizi torpaqların itkisi ilə barışmağa səslədilər. Normal məntiqlə, BMT TŞ-nın 4 qətnaməsini təkbaşına icra etdiyimizə görə, bizə təşəkkür etməli olan böyük dövlətlər təzyiqlər etməyə, Ermənistanı silahlandırmağa başladılar. Əgər, Fransa və onun ətrafında olan dövlətlər olmasaydı, çoxdan sülh müqaviləsi imzalanmışdı. Həmin dövlətlər, həmişə olduğu kimi, yenə də öz geosiyasi, geoiqtisadi maraqlarını təmin etmək üçün ermənilərdən alət kimi istifadə edirlər. Burada gizli nəsə yoxdur. Rusiyanı bölgədən çıxarmaq, kommunikasiyalara, logistikaya nəzarəti ələ keçirmək istəyirlər. Yəni, əsas rəqabət Şərq-Qərb dəhlizi uğrundadır”.
Bütün bunların fonunda politoloq hesab edir ki, Pavel Durovun həbsinə görə dünyaya insan hüquqlarından dərs deyənlərin, canfəşanlıq edən beynəlxalq təşkilatların, Aİ-na üzv olan ölkələrin, dövlət departamentinin susqunluğu gözlənilən idi.

“Heç kimə sirr deyil ki, əsas oyunçular pərdə arxasındadırlar. Üzdə olanlar konkret tapşırıqları icra edənlərdir. Söz azadlığı, insan haqqları kimi terminlər, müstəqil siyasət aparan dövlətlərin daxili işlərinə qarışmaq üçün bir vasitədir”.

N.Məhəmməliyev belə bir hadisənin Azərbaycanda baş verəcəyi təqdirdə beynəlxalq təşkilatların Ai-nin hansı reaksiyanı verə biləcəyi ehtimalına toxunub. Onun sözlərinə görə, bu gün Ermənistanı, onun cinayətkar separatçı dəstə üzvlərinin həbsdən azad olunması üçün Azərbaycana qarşı tələblər irəli sürən bəzi Avropa təsisatları Fransada həbs olunan bir sosial şəbəkə təsisçisinə qarşı olan bu hadisəyə susmaqla ikili standartlı siyasətlərini bir daha ortaya qoyurlar.

“Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasətin milli maraqlara söykəndiyinir. Durov bizdə həbs olunsaydı, həmin təşkilatlar, onların tabeliyində olan KİV-ləri, təkcə bir komanda ilə, çoxsaylı bəyanatlar səsləndirəcək, dərhal həbsdən azad olunmasını tələb edəcəkdilər. Təəssüf doğuran əsas məsələ odur ki, insanların ümidləri sınır. Nəticədə, heç kim özünü təhlükəsiz hiss etmir. Ədalət tərəzisi pozulur. Bütöv xalqlar real faciələrlə üzləşirlər.
Mənə elə gəlir ki, Fransa xüsusi xidmət orqanları Durovu sındırmağa çalışacaqlar. Bununla da, heç bir dövlətdən və yaxud təşkilatdan asılı olmayan, müstəqil siyasət aparan şəbəkəni boğmaqla, fikir azadlığına zərbə vurulacaq. Durov, tezliklə azadlığa çıxarsa, deməli təzyiqlərə dözməmiş və bütün kodları açmışdır”.(hafta.az)


T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

Bu müalicə də icbari tibbi sığortaya daxildir

Bu və növbəti şənbə tam iş GÜNÜDÜR

"COP29 dünya mətbatının diqqətindədir"

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

Dieqo tennis karyerasına məğlubiyyətlə başlayıb

COP29 iştirakçısının 3618-i jurnalistdir

"Neftçi" 4 oyunçusu ilə yollarını ayırdı

COP29-a qatılmaq istəməyənlərin əsl mahiyyəti

Redon Cica "Qarabağ"dan ayrılmaq istəyir

Məşhur şirkət 5 min nəfəri işdən ÇIXARIR

Sensasiyalı KƏŞF

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR