Yenə Qərbin barmağı və oyunları...
Azər Hüseynov: "Qərb Rusiyanın neft-qaz ixracının şaxələnməsindən narahatdır"
Rusiya Prezidentinin Azərbaycana səfəri və SOCAR-ın Qazpromla razılaşmasından sonra Ukrayna mediası və sosial şəbəkələrdə Azərbaycana və SOCAR-a qarşı çirkin kampaniyanın aparılması birmənalı qarşılanmayıb. Çünki Azərbaycanın Ukraynaya göstərdiyi yardımlar var və bu gün bunun yaddan çıxarılması təsadüfi baş vermir. Ekspertlər hesab edir ki, Azərbaycanın xarici siyasətinin dövlətin maraqlarına söykəndiyini unudan və özünün iddialarını ortaya atan müəyyən qüvvələr var ki, Ukrayna üzərindən də ölkəmizə qarşı aqresiyanı stimullaşdırmış ola bilər. Eləcə də Ukrayna hakimiyyətinin Azərbaycana qarşı sosial şəbəkə və mətbuatda aparılan kampaniyanı sakit izləməsi, bunun hakimiyyətin göstərişi ilə başladılması ehtimalını gücləndirir.
Versus.Az xəbər verir ki, bu istiqamətdə açıqlama verən siyasi şərhçi Azər Hüseynov bildirib ki, Ukraynada Zelenski hakimiyyətinin bir Qərb layihəsi olduğu əvvəldən məlum idi.
Onun sözlərinə görə, Ukrayna müharibəsi başlayan ilk günlərdən cəmiyyətimizdə bir qism analitiklər bunun əksi olaraq eyforiyyaya qapıldı və nəticə ortada:
“Sonda Ukraynanın böyük hissəsi işğal edildi. Azərbaycan bütün təhlükələ baxmayaraq Ukraynaya humanitar yardım göstərdi. Ukrayna Azərbaycana görə Ermənistanla əlaqələrini kəsdimi, xeyir. Azərbaycan real siyasət yeridir. Ukraynada anti Azərbaycan kampaniyası isə onu deməyə əsas verir ki, xarici siyasətində emosiyalar deyil, maraqlar vardır. Azərbaycanın isə özünü qoruması ən ilkin və təbii marağıdır”.
A.Hüseynov qeyd edib ki, Ukrayna Azərbaycanla Rusiya arasında əlaqələrin genişlənməsi və Zəngəzur dəhlizinin açılmasından sonra özünün tranzit əhəmiyyətinin ortadan qalxacağından narahatdır:
“Ukraynanın tranzt əhəmiyyəti ortadan qalxandan sonra onun Qərb üçün də bir marağı qalmayacaq, xərclənəcək”.
Ekspert hedab edir ki, burda Qərbin barmağı və oyunlarının olması şübhəszidir. Onun sözlərinə görə, Qərb Rusiyanın region dövlətləri, xüsusilə də Azərbaycanla əməkdaşlıq edərək özünün neft-qaz ixracının şaxələndirilməsindən narahatdır. Əgər Rusiya özünün neft-qaz ixracını şaxələndirərəsə, dünya bazarına çıxış imkanlarını genişələndirər və bununla da dünya maliyəvə iqtisadi sistemindən asılılığı nisbətən azalar:
“Ukraynanın düşdüyü bu durum ümumilikdə göstərir ki, bir dövlətin rəhbərliyində təmsil olunan şəxslər öz xalqının maraqlarını deyil, hansısa beynəlxalq güclərin maraqlarını ifadə edirsə, nəticədə belə vəziyyətlə qarşılaşır. Azərbaycan Ukraynadan fərqli olaraq realpolitik hərəkət edir. Lazım olanda Türkiyə, lazım olanda İran, lazım olanda Rusiya ilə əməkdaşlıq edir. Bu müstəqil bir dövlət olaraq onun haqqıdır, hüququqdur. Buna görə başqa bir dövlət tərəfindən aqressiya ilə qarşılanma cəfəngiyyatdır”
LƏMAN
Xəbər lenti
COP29-un sülh çağırışına və Azərbaycanın təşəbbüslərinə DƏSTƏK
"COP29-un sülh quruculuğu səyləri və COP Atəşkəs təşəbbüsü" - QƏTNAMƏ