"İnsan haqqı, söz və mətbuat azadlığı daim pozulub"

16:04 28-08-2024 | icon 961 | Geopolitika
"İnsan haqqı, söz və mətbuat azadlığı daim pozulub"

Bəhruz Quliyev: “Fransa insan haqlarının pozulmasında ön sıralardadır”

 

“Avropa sözdə demokratiya, söz və mətbuat azadlığı, insan haqlarına əməl etdiyini deyir. Əməldə isə bunun tam əksidir. El arasında bir məsəl var, öz gözündə tiri görmür, başqasının gözündə tük axtarır”.

 

Versus.Az xəbər verir ki, bunu SƏS Media Qrupun rəhbəri, siyasi analitik Bəhruz Quliyev rus əsilli, BƏƏ və Fransa vətəndaşı, Teleqram sosial şəbəkəsinin yaradıcısı Pavel Durovun həbsi və bu faktın insan hüquqlarına və söz azadlığına hansı münasibətin göstəricisi kimi otaya çıxması ilə bağlı şərhində bildirib.

 

B.Quliyev dünyaya insan hüquqları “dərsi keçən” Avropa İttifaqının üzv ölkəsi olan Fransanın bu cür represssiv addımlarına niyə sakit yanaşması, eləcə də, hər addımda cəfəng iddialarla Azərbaycanda insan haqlarının pozulmasından şou düzəldən ABŞ Dövlət Departamentinin niyə səssiz qalmasına birmənalı yanaşmayıb.

 

Ekspert bildirib ki, Avropanın aparıcı dövləti kimi təqdim olunan Fransada insan haqqı, söz və mətbuat azadlığı daim pozulub, bu gün də fərqli forma və üsullarda davam etdirilir:

 

“Hələ beş il bundan əvvəl Fransada qəbul edilən çox mənfur bir qanuna əsasən ölkədə qondarma “erməni soyqırımı”nı inkar edənlərə qarşı cinayət işinin açılması insan haqlarına bir hayqırı kimi qəbul edilməlidir. Özünü sivil hesab edən ölkələrin, yaxud bu gün dünyada insan haqlarının qorunmasını öz üzərinə götürmüş beynəlxalq təşkilatların buna bir təpkisi oldumu, bəlkə bəyanat verdilər, yaxut etiraz səslərini ucaltdılar? Heç biri olmadı. Çünki, Qərb dünyası ancaq ittiham etməyi bacarır, ittiham olunmağı əsla”.

 

B.Quliyev qeyd edib ki, Fransa insan haqlarının pozulmasında ön sıralardadır:

 

“Bu ölkə demokratik dəyərlərə bütün tarixi ərzində xor baxıb. Orta əsrlərdən bu günümüzə qədər formasını dəyişsə də məzmunca aparteid ruhlu ölkədir. Yeganə ölkədir ki, müstəmləkəçilik siyasətini bu gün də davam etdirir, xalqların öz müqəddaratını təyinetmə hüququnu tanımır, onlarla “quldar və qul” prizmasından rəftar edir. Əvəzində erməni separatizmini dəstəkləyir, Azərbaycanın haqlı iradlarını isə “daxili işlərə qarışmaq” kimi qəbul edir. Rus əsilli, BƏƏ və Fransa vətəndaşı Pavel Durova qarşı həbs qərarının verilməsi isə rəsmi Parisin avtoritar rejim olduğunu subut edir. Teleqram sosial şəbəkəsinin yaradıcısı Fransa üçün, bu dövlət üçün, yaxud prezident Makron üçün hansı təhlükə ola bilərdi? İlkin məlumat budur ki, Teleqram sosial şəbəkəsində Makron haqqında çox gizli, kimsənin bilməsi lazım olmayan məlumatlar paylaşılıb, yaxud buna hazırlıq gedir. Burada Teleqramın yaradıcısının nə günahı ola bilər? Görünür, Makron bu üsulla rəqiblərindən qorunmağa çalışır. Amma, təsir əks təsirə bərabərdir, Makron bununla özünə və ölkəsinə daha çox problemlər qazandı. Fransa və onu idarə edən hazırkı iqtidar barəsində başqa sosial şəbəkə seqmentlərində də mənfi çəkili məlumatlar yer alıb. Bəs Makron X, yaxud Meta rəhbərliyini niyə həbs etdirmir? Fransada iki jurnalist Makronun həyat yoldaşı Brijit Makronun əslində cinsiyyətini dəyişmiş kişi olması ilə bağlı məlumatları dərc etdikləri üçün məhkəmə qarşısına çıxarılıb. Bir neçə ay əvvəl onlar “YouTube”də Fransanın birinci xanımının bir vaxtlar Jan-Mişel adlı bir adam olduğunu iddia edən video yayımlamışdılar. Təqsirləndirilən şəxslər müstəqil jurnalist Nataşa Rey və özünü “hökumət yalanlarını və saxtakarlıqlarını ifşa etməyə söz verən” Amandine Roydur. Bu material 2022-ci il prezident seçkilərindən həftələr əvvəl Fransa müxalifətini sevindirdi və bütün dünyada paylaşıldı. Bəs bu məlumatların yayıldığı “YouTube” kanalının rəhbərliyinə qarşı bir tədbir görüldümü? Bu ayrıseçkilik Fransa cəmiyyəti üçün də keçərlidir. Belə ki, Fransa vətəndaşı olanların heç də hamısı ölkə qanunlarının aliliyindən istifadə edə bilmirlər. Fransızlarla əlcəzairlilərə, xristianlarla müsəlmanlara münasibət də fərqlidir. Bu, Fransa reallığıdır”.

 

LƏMAN

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

Bu müalicə də icbari tibbi sığortaya daxildir

Bu və növbəti şənbə tam iş GÜNÜDÜR

"COP29 dünya mətbatının diqqətindədir"

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

Dieqo tennis karyerasına məğlubiyyətlə başlayıb

COP29 iştirakçısının 3618-i jurnalistdir

"Neftçi" 4 oyunçusu ilə yollarını ayırdı

COP29-a qatılmaq istəməyənlərin əsl mahiyyəti

Redon Cica "Qarabağ"dan ayrılmaq istəyir

Məşhur şirkət 5 min nəfəri işdən ÇIXARIR

Sensasiyalı KƏŞF

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR