"Bircə əsgərimiz yaralanarsa, cəzalandırılacaq"

19:02 29-08-2024 | icon 458 | Müharibə
"Bircə əsgərimiz yaralanarsa, cəzalandırılacaq"

Ədalət Verdiyyev: “Atəş açılan mövqelərin Azərbaycanın nəzarətinə keçməsini istisna etmirəm”

 

“Ermənistanın atəşkəsi pozması onsuz da gərgin olan vəziyyəti daha da gərginləşdirir. Ermənistan ordusu fəaliyyətində çox ciddi korreksiyalara getməlidir. Ermənistan təxribatçı fəaliyyətlərindən əl çəkməzsə, yaxud açdığı atəşdən bir Azərbaycan əsgəri yaralanarsa, o zaman çox ciddi şəkildə Azərbaycan ordusu tərəfindən cəzalandırılacaq. Atəş açılan mövqelərin Azərbaycanın nəzarətinə keçməsini istisna etmirəm”.

 

Versus.Az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Şahbuz rayonunun Şada yaşayış məntəqəsi istiqamətindəki mövqelərimizi atəşə tutması ilə bağlı açıqlamasında bildirib.

 

Ə.Verdiyev 5 aprel tarixində ABŞ və Avropa İttifaqının Ermənistanla hərbi pakt imzalaması faktına diqqət çəkib:

 

“Bu paktın imzalanmasından sonra ABŞ intensiv şəkildə öz silahlarını, qoşunlarını Ermənistan ərazisinə yerləşdirmək üçün fəaliyyətə başladı. Ermənistan ərazisinə daşınan silahlar vasitəsilə “sülhməramlı əməliyyatlar” adı altında ABŞ və Ermənistan orduları hücum xarakterli zirehli vasitələrdən də istifadə etməklə birgə təlimər keçiriblər. Bu birgə təlimlər və ABŞ-la digər Qərb ölkələrinin Ermənistana verdiyi silahlar erməni tərəfini Azərbaycana münasibətdə daha aqressivləşdirib. Ermənistan həm danışıqlar prosesindən imtina edir, həm Azərbaycanın sərhədboyu, xüsusilə Laçın Kəlbəcər, Naxçıvan istiqamətində atəşkəsi pozur, eyni zamanda Azərbaycan bölmələri üzərində hava kəşfiyyatını keçirməyə cəhd edir. Bunlar onu göstərir ki, Ermənistan öz maraqlarına cavab verməyəcək bir şəkildə ABŞ-ın Azərbaycana, Rusiya və İrana qarşı fəaliyyətərində alət kimi istifadə olunur”.

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Həmin o “əsas müxalifət” hələ də düşmən dəyirmanına sü tökür”

Prezidentdən mühüm MESAJLAR

Azərbaycan onun qoyduğu siyasi kursla irəliləyir

Əli İnsanovun məhkumluğu GÖTÜRÜLDÜ

Daha 4 kənd Ordumuzun nəzarətinə keçir?

Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası YARADILIB

Pensiya alanlara MÜHÜM XƏBƏR

İllərlə seks köləsi kimi qaldı

Yüksək vəzifəyə YENİ TƏYİNAT

Uşaqlara görə nə qədər sosial müavinət verilir?

Süd vəzi xərçəngi ilə kəpək arasında ƏLAQƏ

Cüdoçularımız 25 il sonra ilkə imza atdılar

BDU-da ciddi NÖQSANLAR

Ali məktəbə qəbul olanların NƏZƏRİNƏ

Şuşada 32 ildən sonra İLK TOY