Noyabrdan sonra Azərbaycanda gözlənilən mühüm HADİSƏ

16:43 04-09-2024 | icon 395 | Siyasət
Noyabrdan sonra Azərbaycanda gözlənilən mühüm HADİSƏ

Ölkəmizdə baş tutacaq COP29 sammitinə iki aya yaxın vaxt qalıb. Tədbirlə əlaqədar 80 mindən çox qonağın gələcəyi gözlənilir.

 

COP29-dan sonra Azərbaycan iqtisadiyyatında nələr olacaq? Ölkəyə xarici investisiya gələcəkmi?

 

Mövzu ilə bağlı VI çağırış Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, dünyanın ən böyük problemlərindən biri olan iqlim dəyişikliyi ilə bağlı sammitin baş tutmasına az müddət qalır və COP29-un məqsədləri ilə bağlı daha geniş məlumatlar verilir:

 

Hikmət Babaoğlu

 

“Bakı konfransında qlobal iqlim dəyişikliklərinin vurduğu zərərlərin aradan qaldırılması üçün maksimum maliyyə toplamaqla real addımlar atılacaq. Azərbaycanda keçiriləcək bu tədbirə 80 mindən çox insan gələcək. Mütəxəssislər, iş adamları və səlahiyyətli şəxslərin iştirak etdiyi toplantı olacaq. Bu, Azərbaycanın imkanları, perspektivlərinin öyrənilməsi və yaşıl enerji ilə bağlı tanışlıq üçün mühüm amildir. Azərbaycan, Macarıstan və Rumıniya arasında bir müddət əvvəl “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin həyata keçirilməsi ilə bağlı müzakirələr aparıldı. Bu olduqca əhəmiyyətli məsələdir. Xarici investorların da diqqətini çəkməyə bilməz”.

 

İqtisadçı ekspert Əkrəm Həsənov deyib ki, ölkə iqtisadiyyatında heç bir ciddi dəyişiklik baş verməyəcək:

 

Əkrəm Həsənov: “Kommersiya məhkəmələri çox xeyirli olacaq”

Əkrəm Həsənov

 

“Avropa Oyunları, “Formula-1” və digər nümunələr kimi COP29-da iqtisadiyyatda dəyişiklik olmayacaq. Sadəcə dünyada daha çox tanınmağımıza şərait yaradacaq. Bu amil ya ölkəyə turist axınına, ya da investisiya qoyuluşuna səbəb ola bilər. Lakin investisiya üçün COP29 kifayət deyil. Ölkədə qanunçuluq, investisiya mühiti olmalıdır”.

 

İqtisadçı ekspert Toğrul Maşallı isə qeyd edib ki, COP29 ölkəyə xarici investisiya cəlb edəcək tədbir deyil:

 

Bakının Baş planı boş plana çevrilə bilər - 2040-cı ilə kimi paytaxtda nə olacaq? - GlobalInfo.az

Toğrul Maşallı

 

“İqtisadi deyil, iqlim məsələləri üzrə təşkil olunacaq. COP29 Azərbaycanın təqdimatı deyil, dünyanın gələcəyinə həsr olunub. Mövcud problemlərin həlli yolları müzakirə ediləcək. Bu sammitdən sonra ən müsbət halda Azərbaycanda ekologiya siyasətində dəyişikliyin edilməsi, yaşıl iqtisadiyyatının potensialını öyrənilməsi gözləniləndir”. /globalinfo.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zəngilan Şəhəri Günüdür

Qadınların qorxulu yuxusu - KLİMAKS

Bu gün 1462 nəfər imtahan verəcək

O, özünə bunu etdi

"Wi-Fi"dan təhlükəsiz istifadə QAYDALARI

Ətraf mühitin qorunması çağırışlı daha bir SƏRGİ

Şahid anası: “Cəmil ilk dəfə bizi bir onda aldatdı…”

56 yaşlı türk velosəyahətçi Azərbaycanda

Mincivan qəsəbəsinin işğaldan azad olunmasının 4-cü ili

“Hakim partiyanın qalib olması Azərbaycanın maraqlarına uyğundur”

Bakıya YAĞIŞ, rayonlara QAR...

Van Dammın Qəbələdəki heykəli götürüldü

İrandan İsrailə XƏBƏRDARLIQ

3 minə yaxın jurnalist qeydiyyatdan keçdi

Sahibkarlar işçiləri istismar edirlər?