Olimpiya çempionu olan cüdoçulara HƏDİYYƏ

16:50 04-09-2024 | icon 591 | İdman
Olimpiya çempionu olan cüdoçulara HƏDİYYƏ

Bakıda "Paris-2024" Yay Olimpiya Oyunlarında Azərbaycan cüdoçualrının qələbəsi münasibətilə mərasim keçirilib.

 

Versus.Az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə baş tutan tədbirdə cüdoçularımızın son Olimpiya oyunlarındakı qələbəsinin ən maraqlı məqamlarını göstərən video-çarxlar nümayiş edilib.

 

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev, Milli Olimpiya Komitəsinin sədr müavini Çingiz Hüseynzadə və gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək, cüdoçularımızın qələbəsindən, ölkəmizdə idmana göstərilən qayğıdan danışıblar.

 

Tədbirdə son Olimpiya oyunlarının qalibləri Hidayət Heydərovla Zelim Kotsoyevə Beynəlxalq Cüdo Federasiyasının Cüdo üzrə Qızıl Nömrələri təqdim olunub.

 

1992-ci il Yay Olimpiya Oyunlarının qalibi Nazim Hüseynova, 2008-ci il Yay Olimpiya Oyunlarının qalibi Elnur Məmmədliyə və 2024-cü il Yay Olimpiya Oyunlarının qalibləri Hidayət Heydərovla Zelim Kotsoyevə, həmçinin Azərbaycanın Əməkdar məşqçiləri Tərlan Həsənov və Elxan Məmmədova yeni mənzillər təqdim edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zəngilan Şəhəri Günüdür

Qadınların qorxulu yuxusu - KLİMAKS

Bu gün 1462 nəfər imtahan verəcək

O, özünə bunu etdi

"Wi-Fi"dan təhlükəsiz istifadə QAYDALARI

Ətraf mühitin qorunması çağırışlı daha bir SƏRGİ

Şahid anası: “Cəmil ilk dəfə bizi bir onda aldatdı…”

56 yaşlı türk velosəyahətçi Azərbaycanda

Mincivan qəsəbəsinin işğaldan azad olunmasının 4-cü ili

“Hakim partiyanın qalib olması Azərbaycanın maraqlarına uyğundur”

Bakıya YAĞIŞ, rayonlara QAR...

Van Dammın Qəbələdəki heykəli götürüldü

İrandan İsrailə XƏBƏRDARLIQ

3 minə yaxın jurnalist qeydiyyatdan keçdi

Sahibkarlar işçiləri istismar edirlər?