“Beynəlxalq hüquq Martinikdəki etirazçıların tərəfindədir”

13:00 26-09-2024 | icon 506 | Geopolitika
“Beynəlxalq hüquq Martinikdəki etirazçıların tərəfindədir”

Əli Mustafa: "Fransa imperiyası da tarixin arxivinə gömüləcək və..."

 

“Martinik Karib dənizində yerləşən gözəl adalardan biridir. Ən çox turist axını olan bir adadır. Bu ada Fransanın müstəmləkəsidir. Fransa bu adanı özünün tabeçiliyindən çıxmasına imkan vermir. Orda keçirilən referendumların da saxtalaşdırıldığı qeyd olunur. Bir formada bu adaların Fransanın işğalı altında qalması təmin olunur”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında beynəlxalq hüquq üzrə ekspert Əli Mustafa bildirib. O, Fransa hökumətinin öz ölkəsində xalqlara qarşı apardığı müstəmləkə siyasəti müstəvisində bu dövlətin dünyaya tasarladığı demokratiya, ədalət anlayışının qeyri-səmimi, yalan olduğunu önə çəkib.

 

Ə.Mustafa bu gün dünyada müstəmləkəçilik siyasətinin davam etdirilməsinə təəssüflə yanaşıb. Onun fikrincə, bu, dünyanı idarə edən beş imperiyanın hər birinin bu və ya digər formada bir müstəmləkə əsarətində saxladığı bölgələrin, coğrafiyaların, ölkələrin olduğunu deməyə əsas verir:

 

“Fransa özünü dünyanın nə qədər mədəni bir xalqı, dövləti hesab eləsə də, acı gerçəklik ondan ibarətdir ki, artıq dünyanın bir çox yerlərdə müstəmləkələri var. Düzdür, onlar bunu bir qədər bəzəkli-düzəkli göstərməyə çalışdılar. Hətta 2003-cü il ildə yenidən o Fransa birliyini bərpa etdilər. Yəni guya bunlar birliyə daxildir. Amma gerçəklik ondan ibarətdir ki, əslində onlar Fransanın müstəmləkələridir. Bu ərazilərin bəzilərinin coğrafiyası, bəzilərinin təbii ehtiyatları, bəzilərinin strateji yeri Fransa üçün uyğundur. Buna görə də Fransa bu əraziləri heç cürə azad etmək, buraxmaq istəmir. Ümumiyyətlə, bu yaxınlarda Yeni Kalidoniyada çox ciddi etirazları müşahidə elədik. Bu etirazlar indi Martinkdə davam edir. Onlar da Fransanın müstəmləkəçiliyi ilə barışmaq istəmirlər, öz müstəqilliklərini bərpa etmək istəyirlər. Amma təəssüf ki, Fransa hələ də güc olduğuna görə hansısa formada bu müstəmləkələri asılılığında saxlayır. Yəni gerçəklik bundan ibarətdir ki, dünyanın bir sıra imperiyaları özünü demokratik göstərməyə çalışır, seçki referendumundan istifadə edir, sanki xalqın öz müqəddaratını təyin etməsi, suverenliyin istəməsi haqlarını anlayır, amma əslində öz imperiya iddialarından geri durmurlar. Qeyd etdiyim kimi, müxtəlif mülahizələrlərlə həmin əraziləri bir formada özlərinin itaətində saxlamaq, faydalanmaq və həmin bölgələrin resurslarından istifadəsini davam etdirir. Demək olar ki, bu da müasir dünyanın bir gerçəkliyidir”.

 

Ə.Mustafa qeyd edib ki, anlaşılan odur ki, son vaxtlar Martinikdə xalq etirazları var, xalq müstəmləkəçiliklə barışmır. Onun fikrincə, hər halda beynəlxalq hüquq, konvensiyalar onların tərəfindədir:

 

“Ümumiyyətlə beynəlxalq hüquq müstəmləkəçiliyi ləğv edir. Buna görə də bu imperiyalar bunu gizlədiblər. Yəni artıq beynəlxalq hüquq, qanunvericilik müstəmləkəçilik siyasətini qəbul etmədiyinə görə Fransa və hələ də müstəmləkəçilik edən digər ölkələr bu müstəmləkəçiliyi gizlin formada həyata keçirirlər. Amma artıq xalqların etirazı ortadadır. Ümid edirəm ki, gec-tez yəqin ki, Fransa imperiyası da tarixin arxivinə gömüləcək.Və əsarətdə olan o xalqlar, o cümlədən Afrikada olan bir çox xalqlar Fransanın zülmündən qurtulacaqlar”.

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zəngilan Şəhəri Günüdür

Qadınların qorxulu yuxusu - KLİMAKS

Bu gün 1462 nəfər imtahan verəcək

O, özünə bunu etdi

"Wi-Fi"dan təhlükəsiz istifadə QAYDALARI

Ətraf mühitin qorunması çağırışlı daha bir SƏRGİ

Şahid anası: “Cəmil ilk dəfə bizi bir onda aldatdı…”

56 yaşlı türk velosəyahətçi Azərbaycanda

Mincivan qəsəbəsinin işğaldan azad olunmasının 4-cü ili

“Hakim partiyanın qalib olması Azərbaycanın maraqlarına uyğundur”

Bakıya YAĞIŞ, rayonlara QAR...

Van Dammın Qəbələdəki heykəli götürüldü

İrandan İsrailə XƏBƏRDARLIQ

3 minə yaxın jurnalist qeydiyyatdan keçdi

Sahibkarlar işçiləri istismar edirlər?