“44 günlük dastan”dan danışdılar
27 sentyabr Anım Gününə həsr olunmuş silsilə tədbirlərdən daha biri F.Köçərli adına Respublika Uşaq Kitabxanasında keçirilib.
Versus.Az xəbər verir ki, “Sübhnur” Tədris Mərkəzi və “NAN Academy” Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan “44 günlük dastan” adlı tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Azərbaycanın dövlət himni səsləndiriləndən sonra Vətən müharibəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan Sübhnur Tədris Mərkəzinin direktoru, AMEA-nın əməkdaşı Gülnarə Hüseynova şəhidlərimizin döyüş yolunun uşaqlara və məktəblilərə təbliğinin əhəmiyyətindən danışıb.
Çıxış edənlər Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri, AYB və AJB üzvü Pərvanə Mehmanqızı, Vətən müharibəsi iştirakçısı, qazi Zakir Qasımov, “NAN Academy” Təhsil Mərkəzinin rəhbəri Nərgiz Məmmədova, Yasamal rayonu 308 saylı tam orta məktəbin ibtidai sinif rəhbəri Sevinc müəllimə və Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fondunun müdiri, tarixçi Şəfa Mövsümov Vətən müharibəsində əldə olunan qələbənin əhəmiyyəti, şəhidlərimizin döyüş yolunun təbliği isitqamətində görülən işlərdən bəhs edib.
Sonra Yasamal rayonu 308 saylı tam orta məktəbin şagirdlərinin ifasında Vətən müharibəsi və qəhrəmanlıq mövzusunda şeirlər səsləndirilib, mahnılar ifa edilib.
Ayəndə Dadaşova
versus.az
Xəbər lenti
Taksilərlə bağlı YENİLİK
İstədiyi yerdə saxlayır, hardan gəldi dönür, cərimələnmir...