Circus Sea Breeze "Buffalo Show" ilə valeh etdi

20:21 30-09-2024 | icon 497 | Şou-biznes
Circus Sea Breeze "Buffalo Show" ilə valeh etdi

Havada uçan akrobatlar və dünyanın ən möhtəşəm sirk şousu...

 

Təsəvvür edin: nəhəng camışların belində dayanan ayılar, həyatlarını təhlükəyə ataraq yüksək hündürlüklərdə fırlanan akrobatlar və inanılmaz heyvan performansları!

 

Versus.Az xəbər verir ki, oktyabrın 29-da Sea Breeze Resort ərazisində yerləşən Circus Sea Breeze-də yeni mövsüm start götürüb. Bu açılış “Buffalo Show” ilə yaddaşlarda əbədi qaldı.

 

Məşhur Sirk Oskar mükafatçısı Allahverdi İsrafilov tərəfindən hazırlanan bu unikal şou izləyiciləri valeh edib və heç vaxt unutmayacaqları təəssüratlar bəxş edib.


Ayılar və itlər camışların belində – Hələ belə bir səhnə görünməyib! Bu tamaşa əsl sirk sehrini nümayiş etdirib.

 

Dünyanın dörd bir yanından gələn ulduz sənətçilər – Keniyadan, Rusiyadan, Almaniyadan, Belarusdan və Ukraynadan gələn akrobatlar, kəndirbazlar, hava gimnastları, klounlar və jonglyorlar! Hər bir çıxış sirkin sərhədsiz olduğunu sübut edib, hər kəsi heyran qoyub.

 

Ənənəyə uyğun olaraq, şounun ilk günü valideyn himayəsindən məhrum uşaqlar, sağlamlıq imkanları məhdud olan uşaqlar, şəhid və qazi ailələrinin övladları üçün xüsusi olaraq təşkil edilib.

 

Qeyd edək ki, tamaşaçılar üçün rahatlığı təmin etmək məqsədilə metronun "Koroğlu" stansiyasından sirkin ərazisinə və şoudan sonra geri pulsuz avtobuslar təşkil edilib.

 

Ayəndə Dadaşova
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı

Büdcədə sosial xərclər ARTIRILIR

Mədəniyyətimizin görkəmli nümayəndələrinin şəxsi əşyaları - TƏQDİMAT

Şərab zavodunda YANĞIN

Universitetlərdə bu fənlər LƏĞV OLUNMALIDIR

"YouTube"da YENİLİKLƏR

Taksi və avtobuslara yeni fərqlənmə nişanları verilib

Polis Akademiyasında yeni tədris korpusları İNŞA EDİLİB

İsveçrəyə ÇAĞIRIŞ

Bəzi ölkələrdən heyvan məhsullarının gətirilməsinə məhdudiyyət

Hindistan Ermənistanı silahlandırmağa davam edir

Xudafərinin azad olunmasından dörd il keçir
 

Gəncədə binada güclü PARTLAYIŞ

"Jurnalistika sahəsinə qeyri-peşəkarlar ayaq açıb"

"COP29 müddətində Bakı metrosu necə işləyəcək?