Qocalığı gecikdirən dərman ixtira olundu

07:44 01-10-2024 | icon 186 | Maraqlı
Qocalığı gecikdirən dərman ixtira olundu

Cənubi Koreyanın Çung-Ang Universitetinin tədqiqatçıları yaşlanma proseslərini anlamaq və yaşla əlaqəli xəstəliklərlə mübarizə üsullarının inkişafı yolunda mühüm addım atıblar. Belə ki, elm adamları yaşlanma əleyhinə "IU1" adlı dərman preparatı ixtira ediblər.

 

gazeta.ru yazır ki, alimlərin tədqiqatlarının nəticələri "Autophagy" jurnalında dərc edilib. Bildirilir ki, yaşlanmanın əsas səbəblərindən biri hüceyrələrdə zülalların keyfiyyətinə nəzarət sistemlərinin işinin pozulmasıdır; bu, qüsurlu zülalların toplanmasına və hüceyrə stresinə səbəb olur. Məhz bu anormal zülallar "Altsheymer" və "Parkinson" xəstəliyi kimi bir çox yaşla əlaqəli xəstəliklərin inkişafına gətirib çıxarır.

 

Alimlər aşkar ediblər ki, "IU1" preparatı zülalların hüceyrə keyfiyyətinə nəzarətin iki əsas mexanizminin - proteasomlar və autofagiyanın effektivliyini artırır.

 

Qeyd edək ki, proteasom - lazımsız və ya qüsurlu zülalları məhv edən çoxzülallı kompleksdir, autofagiya zamanı isə lizosomlar hüceyrələrin disfunksional komponentlərini emal edir.

 

Həşəratlar üzərində eksperimentlər göstərib ki, "IU1"in tətbiqi əzələ funksiyasının əhəmiyyətli dərəcədə yaxşılaşmasına və ömür uzunluğunun artmasına səbəb olur. Oxşar nəticələr insan hüceyrələri üzərində aparılan tədqiqatlarda da əldə edilib.

 

Bildirilir ki, tədqiqatın nəticələri müxtəlif yaşla əlaqəli xəstəliklərin müalicə üsullarının işlənib hazırlanması üçün mühüm ola bilər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayevasız 1 il...

Siyasətçilərin də axışdıqları Vudu bazarı

Planetin xəritəsi YENİLƏNİR?

Üçüncü dünya müharibəsi Yaxın Şərqdən başlayacaq?

Bir şəklin TARİXÇƏSİ

Yer kürəsinin yeni təbii peyki olacaq

Torpaqların kateqoriyaları ilə bağlı qaydalar TƏSDİQLƏNDİ

Qalmaqallı binanı alan olmadı

Dumada qəribə qanun layihəsi

Milli Məclisin payız sessiyasının ilk iclasının vaxtı və gündəliyi

“44 günlük dastan”dan danışdılar

Dünyanın ən məzəli heyvanları

Yerin bənzəri TAPILDI

Bakıda evlər kütləvi SATIŞA ÇIXARILDI

Bakıdakı güclü yanğın nəzarətə GÖTÜRÜLDÜ