Bu deputatlara “Mercedes E 300” maşınları veriləcək

09:42 01-10-2024 | icon 211 | Gündəm
Bu deputatlara “Mercedes E 300” maşınları veriləcək

VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il payız sessiyasında ilk plenar iclası keçirilib. Milli Məclisin sədri, sədr müavinləri, komitə sədrləri və onların müavinlərinin ardınca komitələrin üzvləri də seçilib. Dünən həm də parlamentarlara deputat vəsiqələri də təqdim olunub.

 

Versus.Az xəbər verir ki, yaxın günlərdə Milli Məclisin komitə sədrlərinin istifadəsinə yeni xidməti avtomobillər də veriləcək.

 

VII çağırış Milli Məclisin 15 komitəsi formalaşdırılıb. Komitə sədrləri aşağıdakı deputatlar seçilib:



- İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi - Azər Əmiraslanov

- Elm və təhsil komitəsi - Anar İskəndərov

- Regional məsələlər komitəsi - Siyavuş Novruzov

- Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi - Arzu Nağıyev

- İnsan hüquqları komitəsi - Zahid Oruc

- Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi - Sadiq Qurbanov

- Aqrar siyasət komitəsi - Tahir Rzayev

- Əmək və sosial siyasət komitəsi - Musa Quliyev

- Mədəniyyət komitəsi - Polad Bülbüloğlu

- Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi - Səməd Seyidov

- Səhiyyə komitəsi - Əhliman Əmiraslanov

- Ailə, qadın və uşaq məsələləri komitəsi - Hicran Hüseynova

- Gənclər və idman komitəsi - Şahin İsmayılov

- İctimai birliklər və dini qurumlar komitəsi - Fazil Mustafa

- Hüquq siyasəti və dövlət quruculuğu - Əli Hüseynli.
 

 

Qeyd edək ki, VI çağırışda komitə sədrləri “Mercedes E 300” markalı avtomobillərdən istifadə ediblər. Bu çağırışda da onlara həmin markadan olan maşınlarla təmin olunacağı gözlənilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayevasız 1 il...

Siyasətçilərin də axışdıqları Vudu bazarı

Planetin xəritəsi YENİLƏNİR?

Üçüncü dünya müharibəsi Yaxın Şərqdən başlayacaq?

Bir şəklin TARİXÇƏSİ

Yer kürəsinin yeni təbii peyki olacaq

Torpaqların kateqoriyaları ilə bağlı qaydalar TƏSDİQLƏNDİ

Qalmaqallı binanı alan olmadı

Dumada qəribə qanun layihəsi

Milli Məclisin payız sessiyasının ilk iclasının vaxtı və gündəliyi

“44 günlük dastan”dan danışdılar

Dünyanın ən məzəli heyvanları

Yerin bənzəri TAPILDI

Bakıda evlər kütləvi SATIŞA ÇIXARILDI

Bakıdakı güclü yanğın nəzarətə GÖTÜRÜLDÜ