"Ermənistan Qərbi Azərbaycanla bağlı söhbətlərdən təşvişə düşüb"

15:55 02-10-2024 | icon 134 | Geopolitika
"Ermənistan Qərbi Azərbaycanla bağlı söhbətlərdən təşvişə düşüb"

İrəvan Bakının sülh sazişinin razılaşdırılmış hissəsini imzalamaq üçün siyasi iradəsini görmür və Azərbaycanda “Qərbi Azərbaycan”dan danışılması Ermənistana qarşı ərazi iddiaları təəssüratı yaradır.

 

Versus.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Varşava Təhlükəsizlik Forumunda çıxışı zamanı deyib.

 

“Deyirlər ki, sənəd layihəsinin bütün bəndləri razılaşdırılmalıdır, amma tərəflər arasında bütün problemləri tənzimləyəcək bir saziş yoxdur. Biz əlimizdə olan sənədi imzalamağı, qalan məsələlərin  müzakirə olunmasını təklif edirik”, - deyə erməni nazir bildirib.

 

Mirzoyanın sözlərinə görə, Ermənistanda və Ermənistan cəmiyyətində Azərbaycanın Ermənistanın hesab olunan əraziləri ilə əlaqədar gələcək planları barədə narahatlıq var.

 

“Bu gün Azərbaycan tərəfi Ermənistanın demək olar ki, bütün ərazisini özündə birləşdirən “Qərbi Azərbaycan”dan danışır”,

-deyə erməni nazir bildirib.

Bununla belə Mirzoyanın sözlərinə görə, noyabrda Bakıda keçiriləcək COP29 iqlim sammiti sülh prosesini irəli apara bilər.

Ləman
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayevasız 1 il...

Siyasətçilərin də axışdıqları Vudu bazarı

Planetin xəritəsi YENİLƏNİR?

Üçüncü dünya müharibəsi Yaxın Şərqdən başlayacaq?

Bir şəklin TARİXÇƏSİ

Yer kürəsinin yeni təbii peyki olacaq

Torpaqların kateqoriyaları ilə bağlı qaydalar TƏSDİQLƏNDİ

Qalmaqallı binanı alan olmadı

Dumada qəribə qanun layihəsi

Milli Məclisin payız sessiyasının ilk iclasının vaxtı və gündəliyi

“44 günlük dastan”dan danışdılar

Dünyanın ən məzəli heyvanları

Yerin bənzəri TAPILDI

Bakıda evlər kütləvi SATIŞA ÇIXARILDI

Bakıdakı güclü yanğın nəzarətə GÖTÜRÜLDÜ