Ekspert xəbərdarlıq etdi

10:35 03-10-2024 | icon 386 | Təhsil
Ekspert xəbərdarlıq etdi

Məktəblilər, yeniyetmələr arasında bıçaqlanma halları artır. Son iki gündə artıq üç belə hadisə qeydə alınıb. Belə ki, ötən gün Bakı və Xaçmazda eyni cinayət baş verib. Maraqlıdır ki, hər iki cinayəti törədənlərin 16 yaşı var. Sabunçu rayonu Ramana qəsəbəsində 16 yaşlı şəxs 20 yaşlı gənci bıçaqla qətlə yetirib. Xaçmazda isə 10-cu sinif şagirdi öz sinif yoldaşına bıçaqlayıb. Həmçinin bu gün Sabunçu rayonunda yerləşən 71 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi 2008-ci il təvəllüdlü A.S (şərtidir) D.N-ı (şərtdir) bud nahiyəsindən bıçaqlayıb. Yaralının həyatını xilas etmək mümkün olmayıb.

 

Bu hal ictimaiyyətdə ciddi narahatlıq yaradır. Bıçaqlanmanın qarşısı necə alınmalıdır?

 

Təhlükəsizlik məsələləri üzrə ekspert Rəşad Rza deyib ki, məktəblərdə bıçaqlanma hallarının artması ötən illərə nisbətən psixoloji söhbətlərin aparılmaması ilə bağlıdır.

 

R.Rzanın fikrincə, məktəblərdə kifayət qədər psixoloq yoxdur:

 

“Yerində olanlar da bəzi hallarda mütəxəssis deyillər. Təhsil ocağında mütləq mütəxəssislər olmalı, şagirdlərlə mütəmadi olaraq söhbətlər aparılmalıdır. Məktəblərdə narkomaniyaya meyiletmə, əxlaqsızlıq, dava, bıçaqlanma kimi halların qarşısını 70-80 faiz psixoloq ala bilər. İnkişaf etmiş dövlətlərdə bu cür təcrübələrlə qarşılaşırıq”.

 

Ekspertin sözlərinə görə, dərsliklərə bəzi əlavələr edilməlidir:

 

Rəşad Rza

 

“Ümumiyyətlə, dərsliklərə mədəniyyət, adət-ənənə ilə bağlı dərslər salınmalı, söhbətlər aparılmalıdır. Təhsil ocağında milli duyğuları oyada bilən insanlar olmalıdır. Bu cür metodlar dəsrliklərə əlavə olunarsa, təbii ki, xoşagəlməz halların qarşısı kəskin şəkildə azalacaq”.

 

Rəşad Rza deyib ki, məktəblərdə dini maarifləndirmə də olmalıdır:

 

“Təhsil ocaqlarında dini söhbətlər aparılmalıdır. Məktəblərdə bunlar olmadığı halda təbii ki, orada hər şey gözləniləcək. Hətta daha çox pisə doğru gedəcək. Düzdür, psixoloji söhbətlər aparmaq üçün müəyyən ştatlar və mütəxəssislər var, amma kifayət qədər deyil. Həm də görünür, onlar artıq öz işlərini icra edə bilmirlər. Ona görə də dini, milli və psixoloji amilləri birləşdirərək, cinayətlərin qarşısını almaq lazımdır. Bunlar olsa, mütləq cinayət sayında kəskin azalma baş verəcək”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zəngilan Şəhəri Günüdür

Qadınların qorxulu yuxusu - KLİMAKS

Bu gün 1462 nəfər imtahan verəcək

O, özünə bunu etdi

"Wi-Fi"dan təhlükəsiz istifadə QAYDALARI

Ətraf mühitin qorunması çağırışlı daha bir SƏRGİ

Şahid anası: “Cəmil ilk dəfə bizi bir onda aldatdı…”

56 yaşlı türk velosəyahətçi Azərbaycanda

Mincivan qəsəbəsinin işğaldan azad olunmasının 4-cü ili

“Hakim partiyanın qalib olması Azərbaycanın maraqlarına uyğundur”

Bakıya YAĞIŞ, rayonlara QAR...

Van Dammın Qəbələdəki heykəli götürüldü

İrandan İsrailə XƏBƏRDARLIQ

3 minə yaxın jurnalist qeydiyyatdan keçdi

Sahibkarlar işçiləri istismar edirlər?