Rusiyanın baş ağrısına çevrilən miqrantlar
Rəşad Bayramov: “Rusiya miqrantlarla bağlı belə bir ölçü götürməli idi”
Rusiyanın miqrantlarla bagli qaydaları sərtləsdirildiyi barədə yayılan məlumatlar birmənalı qarşılanmır. Hər şeydən əvvəl məsələ Rusiyada yaşayan soydaslarımız üçün ciddi problemlerin yaşanacağı ilə bağlı ehtimalları gündəmə gətirib. Eləcə də miqrantların fəaliyyətinə qoyulan məhdudiyyətlərin heç də ölkənin iqtisadi potensialına təsirsiz ötüşməyəcəyi vurğulanır. Eləcə də “miqrantlara qarşı məhdudiyyətlər” in ölkənin siyasi systeminə təsirsiz ötüşməyəcəyi, bu prosesdə daxilə təsir edən amillərin xarici əməkdaşlarla bağlı münasibətlərə də yansıyacağı istisna edilmir.
Qeyd edək ki, Rusiyada qüvvəyə minən yeni qanuna görə, ölkədə işləyən bütün miqrantlar bundan sonra yerli vətəndaşlarla nikaha daxil olmaq, nəqliyyat vasitələrini idarə etmək, sürücülük vəsiqəsi almaq, bank hesabı açmaq, əmlakı öz adına qeydiyyatdan keçirmək, yaşayış yerini dəyişmək, Rusiya Federasiyası subyektinin ərazisindən kənara çıxmaq, daşınmaz əmlak və nəqliyyat vasitələri almaq, fərdi sahibkar olmaq, kredit götürmək, pul köçürmələri həyata keçirmək və s. qadağalarla məhdudlaşdırılır. Rusiya Daxili İşlər Nazirliyinin Miqrasiya Məsələləri üzrə Baş İdarəsinin rəsmi məlumatına əsasən son bir ildə 2 milyondan çox xarici vətəndaş Rusiyanı tərk edib. Hazırda Rusiyada miqrasiya qeydiyyatı üzrə dövlət informasiya sistemində məlumatları olan əcnəbi vətəndaşların sayı isə 6 milyon 174 min 777 nəfərdir. 2023-cü ildə isə Rusiyada miqrasiya üçün 8,5 milyondan çox insan qeydiyyatdan keçib. Beləliklə, 2 milyondan artıq miqrant ölkəni tərk edib və yaxın zamanda bu rəqəmin xeyli artacağı gözlənilir. Yaranmış vəziyyət Rusiyada yaşayan miqrantlara çətinliklər yaratmaqla yanaşı, bu dövlətin iqtisadi, siyasi ponaraması üçün də yaxşı vədlər vermir. Nə baş verir?
Versus.Az xəbər verir ki, məsələyə münasibət bildirən politoloq Rəşad Bayramov Rusiyanın uzun müddətdir miqrantlarla bağlı qanunun sərtləşdirilməsi istiqamtində müvafiq addımlar atdığını qeyd edib. Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsinin ölkə iqtisadiyyatına mənfi təsiri, bir çox sahələr üzrə iş yerlərinin bağlanması və yerli əhalinin iş yerlərində kütləvi ixtisarları tədricən qanunun daha da sərtləşdirilməsinə gətirib çıxardı.
Politoloq hesab edir ki, bu məhdudiyyət və sərtləşdirmə ilə bağlı atılan addımlar istənilən halda miqrantların vəziyyətinə mənfi təsir göstərəcək:
“Əvvəla, Rusiyada yaşayan soxlu sayda miqrantların iş yerlərini itirməsi baş verəcək. Eləcə də “xarici vətəndaşların statusu haqqında” qanuna dəyşiklik əmək müqavilələrinin müddətinə birbşa təsir edəcək. Əgər indiyə qədər xarici vətəndaşlarla müddətli və müddətsiz əmək müqavilələri bağlanırdısa, indiki qanunda əmək müqavilələrinin müddətsiz bağlanması ilə bağlı məsələ əksini tapıb. Əmək müqavilələrinin müddəti isə ən yüksək halda 2 il göstərilib. Bu da miqrantlarla bağlanmış əmək müqavilələrinə istənilən vaxt xitam verilə biləcəyi məsələsini aktuallaşdırır. Digər bir tərəfdən isə yeni qanunda ixtisas uyğunluğu məsələsi də var. Bu da o deməkdir ki, ixtisasına uyğun gəlməyən işlərdə çalışan miqrantlar faktiki olaraq fəaliyyətlərini dayandırmalı olacaqlar. Digər vacib məsələlərdən biri iş icazəsi alanların cəmi bir ay ərzində rus dili, Rusiya tarixi, qanunvericiliyi ilə bağlı imtahan verməsini nəzərdə tutur. Bu, əvvəllər də var idi, amma indi daha da sərtləşdirilib. Hətta indiyə qədər hansısa yollarla bu imtahanları keçən, pul verib xüsusi icazəni alan şəxslər də problemlərlə üzləşəcəklər. Çünki qanunun özündə əyri yollarla imtandan keçmiş və onları keçirən şəxslər üçün də məsuliyyət nəzərdə tutulur. Bundan başqa məhkəmə qərarı olmadan miqrantların ölkədən çıxarılmasına imkan verən qanun da təsdiqlənib. Yəni indiyə qədər qeydiyyat müddəti bitən, müvafiq olaraq hardasa qeydiyyatda olmayan sərhəd buraxılış məntəqələrindən keçid qaydalarını pozan və yaxud Rusiyaya səfərin məqsədlərindən kənar fəaliyyət göstərən insanlar aşkar olunurdusa bunlarla bağlı qərar mütləq şəkildə məhkəmə vasitəsi ilə qəbul edilir, sonra deportasiya olunurdular. İndi bu cür şəxslərin məhkəmə qərarı olmadan birbaşa deportasiyası nəzərədə tutlub ki, bu da Rusiya Daxili İşlər Nazirliyinə tapşırılıb.
Digər bir məsələ pul köçürülmələrin miqdarı ilə bağlı konkret hədlərin nəzərdə tutulmasıdır. Təcili, ehtiyacdan yaranan pul köçürmələr istisna olmaqla miqrantlara bank əməliyyatları ilə bağlı bəzi məhdudiyyətlər də nəzərdə tutulub. Bütün bunlar onu deməyə əsas verir ki, ortada problemlər olacaq və miqrantlarin böyük hissəsi Rusiyanı tərk edəcəklər”.
R.Bayramov bununla yanaşı bütün miqrantların öz ölkələrinə qayıdacağını istisna edib. O, bunu Rusiyada qanunun sərtləşməsindən sonra indiyə qədər böyük bir köçün şahidi olmamağı ilə əlaqələndirib. Politoloq Rusiyadakı soydaşlarımızın Orta Asiyaya, Qazağısatana və digər ölkələr getməyə üstünlük verdiyini qeyd edib. Onun fikrincə, bu mərhələdə də oxşar situasiya olacaq:
“İstənilən halda bu, Rusiyanın miqrantlarla bağlı əmək bazarında müəyyən dəyişikliklər yaradacaq. Bunun Rusiyanın xaricdə əməkdaşlıq etdiyi ölkələrə də təsir göstərəcəyini düşünmürəm. Rusiya məcburiyyət qarşısında bu addımı atır. İndiyə qədər Rusiyanın miqrantlara böyük ehtiyacı var idi. Amma miqrantlarla bağlı cinayət hallaqının çoxalması, yerli əhalinin regionlarda kütləvi şəkildə işlərini itirməsi, ucuz işçi qüvvəsi olan miqrantların işlə təmin olunması fonunda gələcəkdə yerli əhali ilə miqrantlar arasında gərginlik yarada bilərdi. Bizim soydaşlarımız əsasən ticarətlə məşğul olduğu üçün bu prosesin bizə böyük ölçüdə təsir göstərəcəyini düşünmürəm. İqtisadi cəhətdən çətin durumda olan Rusiya son vaxtlar başağrısına çevrilən miqrantlarla bağlı belə bir ölçü götürməli idi”.
LƏMAN
Xəbər lenti
COP29-un sülh çağırışına və Azərbaycanın təşəbbüslərinə DƏSTƏK
"COP29-un sülh quruculuğu səyləri və COP Atəşkəs təşəbbüsü" - QƏTNAMƏ