"Böyük ehtimalla bu qanun dövlətin təhlükəsizliyi ilə bağlıdır"

17:12 03-10-2024 | icon 732 | Geopolitika
"Böyük ehtimalla bu qanun dövlətin təhlükəsizliyi ilə bağlıdır"

 

Çingiz Qənizadə: “Miqrantların fəaliyyəti ilə bağlı qanunda məhdudlaşmanın aparılması gözlənilən idi”

 

"Rusiya-Ukrayna müharibəsinin getdiyi və Rusiya ərazisində çoxsaylı terror aktlarının baş verdiyi şəraitdə miqrantların fəaliyyəti ilə bağlı qanunda məhdudlaşmanın aparılması gözlənilən idi".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə bildirib.

 

Onun sözlərinə görə, böyük ehtimalla qəbul edilən bu qanun dövlətin təhlükəsizliyi ilə bağlıdır:

 

“Rusiya-Ukrayna müharibəsinin nə zaman başa çatacağı bəlli deyil. Ona görə də qanunun sırf miqrantları müharibəyə cəlb etmək üçün qəbul edildiyini birmənalı söyləmək olmaz. Lakin Avropa ilə müqayisə etsək, Rusiyada miqrantlara qarşı məhdudlaşdırıcı qanunun qəbulu insanların hüquqlarının müəyyən qədər pozulmasına gətirib çıxarır. Çünki Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Konvensiyasında insanların sərbəst hərəkət etmək, yerdəyişmək hüququ tanınır. Bu, təkcə ölkə daxilinə aid deyil, insanlar Yer kürəsində sərbəst hərəkət etmək imkanına malik olmalıdırlar. Eyni zamanda insanlar yaşadıqları ölkənin qanunlarına uyğunlaşmalıdırlar. Dövlət dilini bilmək, qeydiyyatdan keçmək vacibdir. Yerdəyişmə olarsa, müvafiq xidmətləri məlumatlandırmaq lazımdır”.

 

PƏRİ

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

Bu müalicə də icbari tibbi sığortaya daxildir

Bu və növbəti şənbə tam iş GÜNÜDÜR

"COP29 dünya mətbatının diqqətindədir"

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

Dieqo tennis karyerasına məğlubiyyətlə başlayıb

COP29 iştirakçısının 3618-i jurnalistdir

"Neftçi" 4 oyunçusu ilə yollarını ayırdı

COP29-a qatılmaq istəməyənlərin əsl mahiyyəti

Redon Cica "Qarabağ"dan ayrılmaq istəyir

Məşhur şirkət 5 min nəfəri işdən ÇIXARIR

Sensasiyalı KƏŞF

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR