"Aygün fərqli planetdir"

14:01 08-10-2024 | icon 427 | Şou-biznes
"Aygün fərqli planetdir"

Murad Dadaşov: "Aygün Kazımova Azərbaycan müasir musiqisinin möcüzəsidir"

 

"İnsan özü maraqlıdır. Aygün islahatçıdır, inqilabi düşüncəsi var. Aygün Kazımova Azərbaycan müasir musiqisinin möcüzəsidir. Xarici vətəndaş olsam da, fikrim dəyişməyəcəkdi. Bu estradada Aygün fərqli planetdir. Aygün olmasaydı, gərək onu icad edərdik".

 

Versus.Az xəbər verir ki, bu sözləri Xalq artisti Murad Dadaşov "Hər zaman musiqi" proqramında deyib.

 

Xalq artisti Aygün Kazımovadan danışan Dadaşov onu inqilabçı adlandırıb:

 

"İllər əvvəl "Yeni ulduz"da münsif kürsüsündə birlikdə əyləşmişdik. Müxtəlif insanlar gəlib musiqisiz, akapalle oxuyurdu. Aygünün mahnıları dillər əzbəri idi. Biz də deyirdik ki, Aygün nə oxuyur ki? Xarici görkəmidir də... İstedadlı uşaqlar gələndə və musiqisiz oxumağa başlayanda anlayırdın ki, Aygünün çox mürəkkəb, özünəməxsus və fövqəladə ifa texnikası var. Bizə asan gələn mahnıların çətin texnikası var imiş. Onları oxumaq asan deyil. Aygün stil ikonasıdır, ikonik bir insandır. Aygündə ən çox sevdiyim xüsusiyyət odur ki, necə səhnə Aygünsüz, Aygün də səhnəsiz yaşaya bilmir. Aygün Kazımovanın yeni nəsil fanatları var. Yaşıdlarının nəbzini tutub. Böyük sənətkar olanda da həm həmin insanların, həm də gənclərin nəbzini tuta bilib. İndi baxın görün Aygün nələr edib. Aygün Kazımovanın cazibəsinə kişilər dözə bilmir. Amma Aygün xanımın səhnəyə çıxmasını ən çox qadınlar gözləyir".

 

M.Dadaşov anasının A.Kazımovaya olan sevgisindən bəhs edib:

 

"Anam klassik düşüncəli bir insandır. Amma Aygün Kazımova üçün ürəyi gedir. Soruşuram ki, Aygündə nəyi sevirsən? Deyir, hər şeyi. Saçı bir rəngdədir yaraşır, azdı, çoxdur yaraşır, tam qara geyimdə çıxır yaraşır. Çünki hər birində filmin qəhrəmanı var: idmançı olub, çoxundan fərqli olaraq döyüşən qızdır, muğam da oxuyub. Aygün Kazımova bu gün Azərbaycanın eksport məhsuludur. Dünyada keçirilən beynəlxalq festivallara getməlidir. Aygün dünyada böyük stadionları dolduran məşhur ulduzlardan seçilmir".

 

Ayəndə Dadaşova
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı

Büdcədə sosial xərclər ARTIRILIR

Mədəniyyətimizin görkəmli nümayəndələrinin şəxsi əşyaları - TƏQDİMAT

Şərab zavodunda YANĞIN

Universitetlərdə bu fənlər LƏĞV OLUNMALIDIR

"YouTube"da YENİLİKLƏR

Taksi və avtobuslara yeni fərqlənmə nişanları verilib

Polis Akademiyasında yeni tədris korpusları İNŞA EDİLİB

İsveçrəyə ÇAĞIRIŞ

Bəzi ölkələrdən heyvan məhsullarının gətirilməsinə məhdudiyyət

Hindistan Ermənistanı silahlandırmağa davam edir

Xudafərinin azad olunmasından dörd il keçir
 

Gəncədə binada güclü PARTLAYIŞ

"Jurnalistika sahəsinə qeyri-peşəkarlar ayaq açıb"

"COP29 müddətində Bakı metrosu necə işləyəcək?