"Qaçqınkom"da tələbələrlə görüş keçirilib

12:40 09-10-2024 | icon 554 | Təhsil
"Qaçqınkom"da tələbələrlə görüş keçirilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ərazisi işğaldan azad edilmiş rayonlardan olan və bu il ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adı qazanan bir qrup gənclə görüşüb.

 

Azərbaycanda təhsilin inkişafında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri xatırladılaraq, Prezident İlham Əliyevin bu sahədə mükəmməl dövlət siyasəti həyata keçirdiyi bildirilib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da gənclərin özünü inkişaf proqram və layihələrinin icrasına xüsusi diqqət ayırdığı vurğulanıb.

 

Vətən müharibəsində qazanılan tarixi Zəfərdə gənclərimizin rolunun böyük olduğu və onların Müzəffər Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişdiyi böyük məmnunluq hissi ilə qeyd olunub. Böyük Qayıdış mərhələsində də gənclərimizin üzərinə mühüm vəzifələr düşdüyü, işğaldan azad olunmuş ərazilərin abadlaşdırılmasında və müasir yaşayış məkanına çevrilməsində onların fəal iştirakının vacibliyi diqqətə çatdırılıb. 

 

 

Bir müddət öncə Dövlət Komitəsinin Qarabağ və Şərqi Zəngəzura təşkil etdiyi infoturun iştirakçısı olmuş tələbələr bu maraqlı səfər barədə təəssüratlarını bölüşüb, ali təhsil dövründə qarşılarına qoyduqları məqsədlər barədə danışıblar. Onlar doğma yurd yerlərimizdə aparılan bərpa-quruculuq işlərinin şahidi olduqlarını, gələcəkdə öz bilik və bacarıqlarını ölkəmizin, o cümlədən qəhrəman şəhidlərimizin və qazilərimizin qanı bahasına işğaldan qurtarılmış torpaqlarımızın inkişafına sərf edəcəklərini bildiriblər. 

 

Tələbələr dövlətimizin onlara göstərdiyi diqqət və qayğını yüksək dəyərləndiriblər, yaradılan imkanlara görə ölkə rəhbərinə minnətdarlıq ifadə ediblər. 

 

Dövlət Komitəsinin sədri görüş iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Bakıda DƏHŞƏTLİ HADİSƏ

7 şəhidimiz dəfn olunacaq

Azərbaycanda Atatürk adına qoyulan qadağa GÖTÜRÜLDÜ

"Ermənistan silahlandıqca Azərbaycan daha da güclənəcək"

Qobustanda QƏTL

Azərbaycan Ordusunu güclülər sırasında görən xarici nəşr nəyə işarə edir?

Yeni sirk proqramı hamını heyran etdi

Bu gün daha 4 görüş keçiriləcək

Lənkəranda Veravulçay DAŞIB

Bakı Kənar Dairəvi yolunda uçqun TƏHLÜKƏSİ

Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasının tərkibi DƏYİŞDİ

Dəniz suyu içə bilən meymunlar aşkarlandı

"Bu onun üçün ağır nəticələrə səbəb olacaq"

Hansı bağırsaq şişləri ən təhlükəlidir?