Elza Seyidcahan Roza Zərgərlini MƏHKƏMƏYƏ VERDİ

14:01 10-10-2024 | icon 729 | Şou-biznes
Elza Seyidcahan Roza Zərgərlini MƏHKƏMƏYƏ VERDİ

Əməkdar artist Elza Seyidcahan tanınmış müğənni Roza Zərgərlini məhkəməyə verib.

 

Elza Seyidcahan xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib və Roza Zərgərlinin ona böhtan atdığını bildirib.

 

Roza Zərgərli haqqında iddia Cinayət Məcəlləsinin 147-ci (böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma) maddəsi üzrə icraata götürülüb.

 

Qeyd edək ki, bu maddə ilə ittiham edilən şəxslər əməlləri təsdiq olunarsa, 1000 manatdan 1500 manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

İşə Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə baxılacaq.

 

Xatırladaq ki, müğənni Roza Zərgərli bir neçə gün əvvəl Əməkdar artist Elza Seyidcahanla kadr arxasında yaşanan davasından danışıb.

 

O, "Sözün düzü"ndə bildirib ki, 8 Mart Beynəlxalq Qadınlar Günündə Elza Seyidcahanı təbrik etsə də, xoşagəlməz cavab alıb:

 

"Dedim ki, bayramdır, etibarsız dünyadır, pandemiya da hamımıza dərs oldu. Yanımda da şahidlər var, həmin müğənnilərdən soruşa bilərsiniz. Dedim ki, Elza xanım, sizi də, bacınızı da, nəvənizi də təbrik edirəm. Çılpaqlığı ilə desəm, biabırçılıq olacaq. Qayıtdı ki, mənimlə barışmaq istəyirsən? Dedi ki, öp əlimdən, barışaq. Oradakı çaydanı necə götürüb atdımsa, Allah üzümə baxdı ki, ona dəymədi. Çaydanı qaldırdım, Namiq əlimdən tutdu. Onda gözümü qan örtmüşdü. Şoka düşdüm. Bu adam nəvəsini yuxarı qaldırdı ki, çaydan uşağa dəysin. Oradakı sənət adamlarından soruşa bilərsiniz. Nə yalan deyim, söyüşlə danışdım. Qadın kimi, öz bayramımda səni qadın bilib xüsusi təbrik edirəm. Fikirləşirəm ki, bu soyuqluq burada bitsin. Deputat olurdun, nə oldu? İlhamə Quliyeva necə qarğış edibsə, tərpənə bilmirsən. O dünyada səni gözləyir". /modern.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

Bu müalicə də icbari tibbi sığortaya daxildir

Bu və növbəti şənbə tam iş GÜNÜDÜR

"COP29 dünya mətbatının diqqətindədir"

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

Dieqo tennis karyerasına məğlubiyyətlə başlayıb

COP29 iştirakçısının 3618-i jurnalistdir

"Neftçi" 4 oyunçusu ilə yollarını ayırdı

COP29-a qatılmaq istəməyənlərin əsl mahiyyəti

Redon Cica "Qarabağ"dan ayrılmaq istəyir

Məşhur şirkət 5 min nəfəri işdən ÇIXARIR

Sensasiyalı KƏŞF

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR