Laçına avtobus reysi AÇILIR

18:12 10-10-2024 | icon 615 | Qarabağ
Laçına avtobus reysi AÇILIR

“Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat infrastrukturu və xidmətləri ilə təmin olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən 13 oktyabr 2024-cü il tarixindən Laçın şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək.

 

AYNA-dan verilən məlumata görə, reyslər Bakı Beynəlxalq Avtovağzal Kompleksindən hər gün saat 08:00-da, Laçın şəhərindən Bakıya isə 16:00-da həyata keçiriləcək. Bakı-Laçın-Bakı reysi üzrə bir istiqamət üçün biletin qiyməti 16,20 manat təşkil edir. Bu reys üzrə Zəngilan rayonunun Ağalı kəndi aralıq məntəqə kimi müəyyən edilib. Bakı-Zəngilan (Ağalı) aralıq məntəqəsi üçün biletin qiyməti 13,90 manatdır.

 

Biletləri “biletim.az” portalı üzərindən yalnız onlayn qaydada əldə etmək olar.

 

Qeyd edək ki, biletləri əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun olaraq icazələrin olması mütləqdir.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Bakıda DƏHŞƏTLİ HADİSƏ

7 şəhidimiz dəfn olunacaq

Azərbaycanda Atatürk adına qoyulan qadağa GÖTÜRÜLDÜ

"Ermənistan silahlandıqca Azərbaycan daha da güclənəcək"

Qobustanda QƏTL

Azərbaycan Ordusunu güclülər sırasında görən xarici nəşr nəyə işarə edir?

Yeni sirk proqramı hamını heyran etdi

Bu gün daha 4 görüş keçiriləcək

Bakı Kənar Dairəvi yolunda uçqun TƏHLÜKƏSİ

Lənkəranda Veravulçay DAŞIB

Dəniz suyu içə bilən meymunlar aşkarlandı

Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasının tərkibi DƏYİŞDİ

"Bu onun üçün ağır nəticələrə səbəb olacaq"

Hansı bağırsaq şişləri ən təhlükəlidir?