Sel basmış Hacıqabulda SON VƏZİYYƏT

18:33 14-10-2024 | icon 342 | Sosial
Sel basmış Hacıqabulda SON VƏZİYYƏT

"Hacıqabul rayonunda fərdi yaşayış evləri ilə həyətyanı sahələrin 65 faizi sel və qrunt sularından təmizlənib".

 

Bu barədə Fövqəladə Hallar Komissiyasının sədri Saleh Ələsgərov məlumat verib.

 

Onun sözlərinə görə, rayonda təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi (FHN) Muğan Regional Mərkəzinin 50-dən çox canlı qüvvəsi cəlb edilib:

 

"Həyətlərdə yığılıb qalmış qrunt sularını çəkmək üçün 20 su nasosu quraşdırılıb. 30-dan çox müxtəlif təyinatlı texnika hadisə yerinə göndərilib. Görülmüş tədbirlər nəticəsində subasmaya məruz qalan rayon ərazisində həyətyanı sahələrin 65 faizi qrunt sularından təmizlənib. Hacıqabul-Şirvan şəhəri arasından keçən dəmiryolunun bərpası istiqamətində də işlər davam etdirilir. Komissiya sədrinin sözlərinə görə, təbii fəlakətlə bağlı 100-dən çox vətəndaş müraciət edib. 10 fərdi yaşayış evi qəzalı vəziyyətə düşüb. 100-dən çox toyuq-cücə tələf olub. Təbii fəlakətdən zərər görən ərazilərə baxış keçiriləndən sonra dəymiş ziyanın miqdarı hesablanacaq".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Azərbaycan burada bir bəhanədir, əsas məqsəd...

Ermənistan Azərbaycanla şərti sərhəddə "səlibçi" bayraqlarını endirdi

COP29 tədbirləri çərçivəsində YENİLİKLƏR

Azərbaycana buraxılmayan “arzuolunmaz şəxs”lərin SAYI

Vitse-spikerdən TƏKLİF

Diqqətlər ABŞ-a yönəldi

Qarabağ Universitetində 50 nəfər işlə təmin edilib

129 nömrəli məktəbdə  maarifləndirici tədbir

YYSİB-dən eko-layihə

Deputatdan bankların tələbləri ilə bağlı TƏNQİD

Neftçalada ev sahibi ilə birgə YANDI

Azərbaycanda İLK

Rəqəmsal məlumat platforması İSTİFADƏDƏ

Ödəmə terminalından oğurluq etmək İSTƏDİ

Bu universitetə rektor TƏYİN EDİLDİ