“Ermənistanın ciddi orduya ehtiyacı var, bu da mövcud deyil”

16:36 15-10-2024 | icon 133 | Siyasət
“Ermənistanın ciddi orduya ehtiyacı var, bu da mövcud deyil”

Natiq Miri: Erməni ordusunun şərti sərhədə yığışması Azərbaycanın təhlükəsiziliyinə təhdid ola bilməz”

 

 

“Ermənistanın nümayiş etdirdiyi hərbi hazırlıqlar COP 29 öncəsi Azərbaycana qarşı yaranmış şəbəkənin fəaliyyət planının tərkib hissəsidir. Bu prosesdə təkcə erməni diasporu deyil, ABŞ Dövlət Departamenti, Konqres, Fransa, Niderland kimi ölkələr də iştirak edir”.

 

Versus.Az xəbər verir ki, bunu politoloq Natiq Miri Ermənistanın sərhədə qoşun və texnika yığması, mediada Azərbaycana qarşı aparılan yeni müharibə çağırışları ilə bağlı açıqlamasında bildirib.

 

Politoloq hesab edir ki, bütün bunların hamısı bir məqsədə xidmət edir: Azərbaycana təzyiq edib, insan hüquqları çətiri altında 30 il xalqa divan tutmuş, bütün varlığımızı cinayət yolu ilə mənimsəmiş cinayətkar erməni ünsürlərin həbsdən buraxılmasına nail olmaq.

 

Politoloq qeyd edib ki, məhz bu kontekstdə təzyiq elementi olaraq, guya Qarabağdan zorla köçürülmüş ermənilərin Azərbaycan vətəndaşlığını qəbul etmədən, müəyyən bir status çərçivəsində geri qayıtması və yaşaması hüququndan danışılır və bunun da beynəlxalq təminatlar çərçivəsində olacağı düşünülür.

 

“Belə məsələləri gündəmdə saxlamaqla sülh sənədi hazır olmadan Azərbaycanı yarımçıq sülh sənədini imzalamağa məcbur etməyə çalışırlar. Burda əsasən 13 maddənin razılaşdırılmış məqamlarından danışılır. Digər tərəfdən Qarabağa iddia məsələsi hüquqi cəhətdən konstitusiyadan çıxarılmadan və paralel bununla məşğul olacaq ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə birgə müraciət olmadan istənilir. Bu o deməkdir ki, hələ də erməni diasporu, havadarları, qərb ABŞ başda olmaqla Qarabağ kartını üfiqdə saxlamaq istəyir. Düşünürlər ki, bu kartı saxlamaqla, bəslənən yaranı istənilən zaman qanadıb Azərbaycana təsir edə bilərlər. Yəni münaqişəni birdəfəlik qapatmaq istəmirlər. Bu, Ermənistandan da istənilir. Ermənistanın əsas 3 bənd təmin olunmadan digər maddələr üzrə təcili sülh müqaviləsini bağlamaq istəyi də bununla bağlıdır. Ermənistan havadarları ilə birgə addım atır. Müharibə istəyi görüntüsü bu mənada Azərbaycana təzyiq elementi olaraq ortaya atılır”.

 

N.Miri hesab edir ki, bu gün müharibənin olması real deyil. Çünki müharibə etmək üçün Ermənistanın ciddi orduya ehtiyacı var, bu da mövcud deyil. O, bu məqamın bir neçə gün əvvəl Ermənistanda keçirilən forumda çıxış edən baş nazir Nikol Paşinyanın da dilindən səsləndiyini qeyd edib:

 

“Nikol Paşinyan açıq şəkildə bildirdi ki, bu gün Ermənistan ordusu Ermənistan dövlətinin təhlükəsizliyinə təminat vermir. Ordu zəifdirsə, belə bir təminatı, nə ABŞ, nə Fransa, nə də Avropa Birliyi verə bilməz. Belə bir təminatı yalnız münaqişədə olduğu Azərbaycan və Türkiyə verə bilər. Bu da regional əməkdaşlıq, sülhdən keçir”.

 

N.Miri bu baxımdan da yeni müharibəni real saymadığını deyib. Onun sözlərinə görə, bu təxribatların ola biləcəyini də istisna etmir. Politoloq bununla belə hesab edir ki, Ermənistan hərbi çağrışcıları deyil, vaxtilə hərbidə xidmət etmiş şəxsləri təlimə cəlb etməklə COP 29 öncəsi müəyyən təxribatlar törədə bilər:

 

“Düşünürlər ki, qlobal səviyyədə bir tədbirin keçirilməsinə hazırlaşan Azərbaycan təcavüzkar kimi ittiham olunmamaq üçün hərbi təxribatlara göz yumacaq. Amma COP 29 öncəsi erməni ordusunun şərti sərhəddə yığışması Azərbaycanın təhlükəsziliyinə təhdid ola bilməz. Bunu Ermənistan da gözəl bilir, bütün dünya da. Bu, növbəti təxribatlara hazırlıq kimi düşünülür. Azərbaycan bu cür tələlərə düşən dövlət deyil. Bu il müharibə ehtimalı sıfıra bərabərdir”.

 

LƏMAN

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Paytaxtın mərkəzində TƏHLÜKƏ

Direktorluqdan imtina etdi

Dünya ulduzu Akon Bakıda

Erməniləşən türk torpaqları

Bakıda Akon nostaljisi

Sakinlərin NƏZƏRİNƏ

Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı

21 illik tərəqqi və zəfər yolu 

İran Avropaya uçuşları DAYANDIRDI

Mədəniyyətimizin görkəmli nümayəndələrinin şəxsi əşyaları - TƏQDİMAT

Sel basmış Hacıqabulda SON VƏZİYYƏT

3-nə xəbərdarlıq, 3-nə töhmət

“Ermənistanın ciddi orduya ehtiyacı var, bu da mövcud deyil”

Ordumuzda yeni bölmələr YARADILDI

“Azərbaycanın istənilən situasiya ilə bağlı konkret planları mövcuddur”