Ermənistan təxribatlar törətmək üçün hazırlansa da...

16:20 15-10-2024 | icon 272 | Siyasət
Ermənistan təxribatlar törətmək üçün hazırlansa da...

Ədalət Verdiyev: “Ermənistan baş verənlərdən dərsini almalıdır”

 

“Ermənistan son həftələr ərzində ikibaşlı bəyanatlar səsləndirir, qoşun, texnika və silahları Azərbaycan mövqelərinə yaxın ərazilərə cəmləyir. Eyni zamanda Azərbaycanla sərhədlərə yaxın ərazilərdə yeni hücum silahları ilə təhciz olunan hərbi hissələr yaradır. Bütün bunlar Ermənistanın növbəti hərbi təxribatlara hazırlaşdığını deməyə əsas verir”.

 

Versus.Az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev son vaxtar Ermənistanın Azərbaycanla yeni müharibəyə hazırlıq görməsi ilə bağlı mediada aparılan kampaniya ilə bağlı açıqlamasında bildirib.

 

Ekspert bildirib ki, Ermənistan nə qədər təxribatlar törətmək üçün hazırlansa da, Azərbaycanın artan hərbi gücü qarşısında heç bir nəticəyə nail olmayacaq.

 

O, qeyd edib ki, Ali Baş Komandan İlham Əliyev tərəfindən silahlı qüvvələrimiz qarşısında qoyulan ən vacib məsələlər artıq həllini tapıb; Azərbaycanın ərazi bütövlüyü, sərhəd təhlükəsziliyi və suvrerenliyi ilk dəfə olaraq təmin olunub. Bu, eyni zamanda regionda sülh əldə olunması və kapitulyasiya imzalayan Ermənistana ilk dəfə olaraq özünün təhlükəsziliyini təmin etmək üçün münbit şərait yaradıb. Onun fikrincə, bu gün Ermənistan nəinki hərbi təxribatlara hazırlanmalı, tarixdən nəticə çıxararaq, sülhün əldə olunmaasında daha maraqlı olmalı, bu istiqamətdə çox ciddi addım atmalıdır.

 

Ekspert hesab edir ki, Azərbaycan qarşı tərəfin niyyət və məqsədlərini izləyir və görür. Ona görə də özünün ehtiyatını əldən vermir. Belə ki, baş verənləri və gələcəkdə mümkün ola biləcək təxribatları nəzərə alaraq Azərbaycan Prezidenti İlham Əliyev ordu quruculuğu, ordunun təminatı, təhcizatı, imkanlarımızın inkişaf etdirilməsini  prioritet vəzifə kimi qarşıya qoyub və bunun da yerinə yetirilməsi üçün kifayət qədər ciddi addımlaratılır

 

“Ordu 10 minlarla insanın xidmət elədiyi qurumdur və daim yeni çağırışlara cavab verməsi üçün müxtəlif islahatlardan, yenilənməllərdən keçməlidir. Bu baxımdan Azərbaycan ordusunun türk ordu modelinə keçidi kifayət qədər uöurla davam edir. Bu istiqamətdə prosesin daha da inkişaf etməsi üçün döyüş hazırlığının və ordumuzun mənəvi psixoloji vəziyyətinin düzəlməsi üçün bir sıra ddımlar atılmaqdadır ki, onun da nəticələrini yaxın müddətdə müşahdə edəcəyik. Azərbaycan artıq hərbi hava qüvvələrinin, pilotlu aviasiya sistemlərinin yenilənməsinə başlayıb. İtaliyadan nəqliyyat, Pakistandan döyüş təyyarələri alınır. Digər tərəfdən yaxın perspektivdə Türkiyədən “Qızıl Alma” pilotsuz döyüş vasitəsini əldə etmək ehtimalımız böyükdür. Hərbi dəniz qüvvələrində yeniliklər gözləməyə dəyər.  Silahlı qüvvələrin bütün  nizamnamələri, o cümlədən qaravul və daxil xidmət nizamnaməsi yenilənir. Bizim güc struktiurlarında xidmət üçün nəzərdə tutulan təhsil müəssisələrinə qəbulun sayı artırılıb. Digər tərəfdən, Müdafiə Nazirliyinin tabeliyində 3 litsey açılıb ki, bunlar da ordumuzun imkan və potensialını daha üstün səviyyəyə çıxarmaq üçün atılan addımlardır. Bu addımlar onu göstərir ki, Azərbaycan gəlcəkdə prioritet olaraq yalnız Qafqazın lider ölkəsi olaraq qalmaq niyyətində deyil, artıq dünyada orta güc kimi tanınan və sürətlə ordusunu inkişaf etdirən nazir ölkələrdən biridir. Çünki Vətən müharibəsindəki qələbəmiz Azərbaycanın beynəlxalq arenada nüfuzunu kifayət qədər yüksəldib. Ermənistan yeni təxribatlara hazırlaşırsa, aldığı dərsdən nəticə çıxarmalıdır”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zəngilan Şəhəri Günüdür

Qadınların qorxulu yuxusu - KLİMAKS

Bu gün 1462 nəfər imtahan verəcək

O, özünə bunu etdi

"Wi-Fi"dan təhlükəsiz istifadə QAYDALARI

Şahid anası: “Cəmil ilk dəfə bizi bir onda aldatdı…”

Ətraf mühitin qorunması çağırışlı daha bir SƏRGİ

56 yaşlı türk velosəyahətçi Azərbaycanda

Mincivan qəsəbəsinin işğaldan azad olunmasının 4-cü ili

“Hakim partiyanın qalib olması Azərbaycanın maraqlarına uyğundur”

Bakıya YAĞIŞ, rayonlara QAR...

Van Dammın Qəbələdəki heykəli götürüldü

İrandan İsrailə XƏBƏRDARLIQ

3 minə yaxın jurnalist qeydiyyatdan keçdi

Sahibkarlar işçiləri istismar edirlər?