Bakının tələbi qəbul edildi
“Ermənistan Avropa İttifaqının (Aİ) müşahidəçi missiyasının fəaliyyət müddətinin uzadılmaması ilə bağlı Bakının tələbini yerinə yetirəcək”.
Bu barədə “Hraparak” məlumat yayıb. Qəzet yazır ki, Aİ müşahidəçilərinin fəaliyyət müddəti 2025-ci ilin fevralında başa çatır. Ermənistan səlahiyyətliləri müddətin uzadılması üçün ərizə təqdim etməsələr, missiya ölkədən çıxacaq.
İddialara görə, İrəvan hökumət dairələrində bu müddətim uzadılmayacağına dair müzakirələr var. Belə ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya sərhədçilərinin İranla sərhəddən çıxarılmasından sonra Aİ missiyasının fəaliyyətini də sonlandıracağı düşünülür. Hətta rus sərhədçilərinin məhz bu səbəbdən fəaliyyətinin yekunlaşdırıldığı iddia edilir. Ermənistan rəhbərliyinin son zamanlarda ruspərəstlikdə ittiham edildiyi bildirilir.
Qeyd edək ki, Azərbaycan rəsmi olaraq dəfələrlə Aİ missiyasının Ermənistanda casusluq fəaliyyəti ilə məşğul olduğunu vurğulayıb və onların sərhəddən çıxarılmasını tələb edib.
Xəbər lenti
Nəzakət Məmmədovaya 13 il HƏBS VERİLDİ
O, dövlətə xəyanət maddəsi ilə ittiham olunub