"Dövlətin bu addımı partiyaların maliyyə müstəqilliyinə töhvə verəcək"

15:34 23-10-2024 | icon 119 | Siyasət
"Dövlətin bu addımı partiyaların maliyyə müstəqilliyinə töhvə verəcək"

Azay Quliyev: “Bu, siyasi institutlara təşkilatlanmaq üçün əlavə imkanlar yaradacaq”

 

“Müzakirəmizə təqdim olunan dəyişiklər də bu siyasətin məntiqi davamı kimi qiymətləndirilməlidir. Belə ki, bu dəyişiklər qanunvericilikdə mövcud boşluqların aradan qaldırılmasını, siyasi sistemin daha da təkmilləşdirilməsini və siyasi partiyaların fəaliyyətinin şəffaf və qanuni əsaslarla tənzimlənməsini nəzərdə tutur”.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Azay Quliyev “Siyasi Partiyalar Haqqında” qanunda aparılan dəyişikliklərlər bağlı aparılan müzakirələr zamanı çıxışında bildirib.

 

Deputat Azay Quliyev bildirib ki, Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərdən sonra Prezident İlham Əliyevin təşəbbüsü və tövsiyəsi ilə ölkənin inkişafında yeni siyasi konfiqurasiya, siyasi partiyalarla etimad və dialoq mühiti yaradıldı və “Siyasi Partiyalar haqqında” yeni Qanunun qəbul edilməsi ilə dövlət siyasətinin etibarlı hüquqi bazasını formalaşdırıldı:

 

“Birinci, hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyesteri haqqında qanunda dövlət qeydiyatına alındıqdan sonra fəaliyyət göstərən qurumların siyahısına siyasi partiyalar da əlavə olunur. İkinci, dəyişiklik dövlət reyestrində qeydə alınmış partiya üzvləri haqqında məlumatların aşkarlığı ilə bağlıdır. Yeni dəyişikliyə əsasən siyasi partiya üzvlərinin reyestri haqqında məlumatlarla hər kəsin tanış olmaq imkanı olmayacaq və üzvlər haqqında məlumatlar yalnız müvafiq sorğu əsasında qanunla müəyən edilmiş qurumlara təqdim olunacaq.
Üçüncü dəyişiklik partiyaların fəaliyyətində şəffaflıq və hesabatlılıq əmsalının artırılması haqqındadır. Belə ki, yeni dəyişikliyə əsasən bundan sonra Hesablama Palatası siyasi partiyaların da maliyyə fəaliyyətini yoxlaya biləcək. Bu da məntiqi yanaşmadır. Məlum olduğu kimi, dünyanın bir çox ölkələrində dövlət büdcəsindən maliyyələşən partiyalara münasibətdə maliyyəyə nəzarət mexanizmləri tətbiq olunur”.

 

Deputat eyni zamanda vurğulayıb ki, “Siyasi Partiyalar haqqında Qanuna” əsasən gələn ildən etibarən ilk dəfə olaraq yalnız parlamentdə mandat əldə edən 11 partiya deyil, parlament seçkilərində iştirak edən bütün partiyalar da namizədlərinin topladıqları etibarlı səs sayına görə dövlət tərəfindən maliyyələşdiriləcəkdir. Bu da digər 14 partiyanın dövlət büdcəsindən maliyyə alması deməkdir. Beləliklə, ölkədə fəaliyyət göstərən 26 siyasi partiyanın 25-i büdcədən maliyyə alacaqdır.

 

A.Quliyev hesab edir ki, dövlətin bu addımı həm siyasi partiyaların maliyyə müstəqilliyinə töhvə verəcək, həm də hakimiyyətin dialoq siyasətinin nəticələrindən biri kimi siyasi institutlara öz missiyalarını yerinə yetirmək və təşkilatlanmaq üçün əlavə imkanlar yaradacaq.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zəngilan Şəhəri Günüdür

Qadınların qorxulu yuxusu - KLİMAKS

Bu gün 1462 nəfər imtahan verəcək

O, özünə bunu etdi

"Wi-Fi"dan təhlükəsiz istifadə QAYDALARI

Ətraf mühitin qorunması çağırışlı daha bir SƏRGİ

Şahid anası: “Cəmil ilk dəfə bizi bir onda aldatdı…”

56 yaşlı türk velosəyahətçi Azərbaycanda

Mincivan qəsəbəsinin işğaldan azad olunmasının 4-cü ili

“Hakim partiyanın qalib olması Azərbaycanın maraqlarına uyğundur”

Bakıya YAĞIŞ, rayonlara QAR...

Van Dammın Qəbələdəki heykəli götürüldü

İrandan İsrailə XƏBƏRDARLIQ

3 minə yaxın jurnalist qeydiyyatdan keçdi

Sahibkarlar işçiləri istismar edirlər?