"Heç nədən çəkinmək olmaz, ən ağır şərtlərə də razıyıq"

15:23 23-10-2024 | icon 114 | Siyasət
"Heç nədən çəkinmək olmaz, ən ağır şərtlərə də razıyıq"

“Razi Nurullayev: “Bütün siyasi müzakirələr siyasi partiyalar müstəvisində olsun”

 

“Bu gün siyasi partiyaların şəffaf fəaliyyət göstərməsi üçün hüquqi baza var. Bununla bərabər, siyasi partiyaların daha da güclənməsi də lazımdır ki, bütün siyasi müzakirələr və məsələlər siyasi partiyalar müstəvisində olsun.Vətəndaşlar da bilsin ki, onlar üçün siyasi fəaliyyət və müzakirə siyasi partiya müstəvisində olan zaman fayda verir. Onlar da gedib şübhəli hərəkatlara, qurumlara və birliklərə qoşulmasın”.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Razi Nurullayev bildirib.

 

Deputat qeyd edib ki, Siyasi partiyalar demokratiyanın tərkib hissəsidir. Siyasi partiyalar yoxsa demokratiyanın ölçüsü də yoxdur. Bu baxımdan hesab edir ki, onların ölçü göstərə biləcək səviyyədə inkişafı vacibdir:

 

“Bu həm də onun üçün lazımdır ki, onlar beynəlxalq birliklərdə öz maddi-texniki bazaları ilə sərbəst şəkildə iştirak edə, Azərbaycan adına işlər görə və ölkəmizi layiqincə təmsil edə bilsinlər. Siyasi partiyaların maddi-texniki bazası elə olmalıdır ki, onlar həm ölkə daxilində, həm də sərhədlərimizdən kənarda xalqa və dövlətə xidmət etməkdə sıxıntı ilə üzləşməsin”.

 

R.Nurullayev məhz bu səbəbədən xeyli boşluqlar və əsassız ittihamlar eşitdiyini qeyd edib:

 

“Məni və rəhbərlik etdiyim Milli Cəbhə Partiyasını hakimiyyətə qulluq etməkdə günahlandırırlar. Bu böyük yanlışlıqdır. Biz Azərbaycan xalqına xidmət edirik. Sosial-demokratiya ideologiyası əsasında fəaliyyət göstərərək bütün anti-konstitusion fəaliyyətlərə qarşı çıxırıq. Heç bir xarici qüvvəyə bağlı deyilik, xarici təşkilatın və ya iqtidar nümayəndələrinin göstərişləri ilə siyasət qurmuruq”.

 

Deputat rəhbərlik etdiyi siyasi partiyanı günahlandıran AXCP sədri Əli Kərimli, Milli Şura kimi təşkilatlar isə göstərişləri xaricdən alır:

 

“Biz sizlərin dediyi kimi daxildən göstəriş alsaq belə bu ölkəmiz və xalqımız üçün təhlükəli deyil. Təəssüflə deməliyəm ki, sizlər isə Azərbaycan dövlətinin birmənalı maraqları olan yerdə belə ikibaşlı bəyanatlar və ikibaşlı açıqlamalar verirsiniz. Özünüzü fədakar kimi göstərirsiniz. Amma siyasəti və doplomatiyanı bilənlər gözəl başa düşür ki, sizin xeyli açıqlamalarınız ancaq və ancaq xarici aləm üçün deyilir. Yəni hakimiyyəti ələ keçirmək üçün heç nədən çəkinmək olmaz və ən ağır şərtlərə də razıyıq”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zəngilan Şəhəri Günüdür

Qadınların qorxulu yuxusu - KLİMAKS

Bu gün 1462 nəfər imtahan verəcək

O, özünə bunu etdi

"Wi-Fi"dan təhlükəsiz istifadə QAYDALARI

Ətraf mühitin qorunması çağırışlı daha bir SƏRGİ

Şahid anası: “Cəmil ilk dəfə bizi bir onda aldatdı…”

56 yaşlı türk velosəyahətçi Azərbaycanda

Mincivan qəsəbəsinin işğaldan azad olunmasının 4-cü ili

“Hakim partiyanın qalib olması Azərbaycanın maraqlarına uyğundur”

Bakıya YAĞIŞ, rayonlara QAR...

Van Dammın Qəbələdəki heykəli götürüldü

İrandan İsrailə XƏBƏRDARLIQ

3 minə yaxın jurnalist qeydiyyatdan keçdi

Sahibkarlar işçiləri istismar edirlər?