13 ölkəyə BRICS-in tərəfdaşı statusu verildi
13 ölkəyə BRICS-in tərəfdaşı statusu verilib. Bu barədə kommersant.ru məlumat yayıb.
Məlumata görə, BRICS iştirakçıları tərəfdaş dövlətlər üçün meyarlar barədə razılığa gəliblər.
Beləliklə də, Qazaxıstan, Əlcəzair, Belarus, Türkiyə, Boliviya, Kuba, İndoneziya, Malayziya, Nigeriya, Tailand, Uqanda, Özbəkistan və Vyetnama tərəfdaş statusu verilib.
Xatırladaq ki, oktyabrın 22-dən 24-dək Kazanda Rusiyanın sədrliyi ilə XVI BRICS Sammiti keçirilib.
Qrup 2006-cı ildə Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən yaradılıb. 2011-ci ildə Cənubi Afrika Respublikası, 2024-cü il yanvarın 1-də isə Misir, İran, BƏƏ və Efiopiya birliyə üzv olub.
Xəbər lenti
COP29-un sülh çağırışına və Azərbaycanın təşəbbüslərinə DƏSTƏK
"COP29-un sülh quruculuğu səyləri və COP Atəşkəs təşəbbüsü" - QƏTNAMƏ