"Minimum qiymətin tətbiq edilməsi daha vacibdir"

08:44 25-10-2024 | icon 106 | İqtisadiyyat
"Minimum qiymətin tətbiq edilməsi daha vacibdir"

Eldəniz Əmirov: "Əks təqdirdə rəqabəti pozmuş olarıq"

 

"Mövcud dəyişiklik istehlakçıların hüquqlarının müdafiəsi baxımından, xüsusilə də onların sağlamlığının qorunması baxımından son dərəcə vacib bir qərardır".

 

Versus.Az xəbər verir ki, iqtisadçı Eldəniz Əmirov açıqlamasında bildirib ki, ölkəmizdə kifayət qədər qeyri-adekvat üsullarla istehsal olunan və dövriyyəyə buraxılan, satılan spirtli içkilər var.

 

Ekspert vurğulayıb ki, bunlar qanunsuz yollarla istehsal olunduğu üçün keyfiyyət göstəriciləri sağlamlığa zərər verəcək dərəcədə aşağı olur. Eyni zamanda vergiyə cəlb edilmə, aksis məsələləri, qaçaqmalçılıq və digər istiqamətlər üzrə ciddi qanun pozuntuları baş verir:

 

"Təbii ki, bu qanun pozuntularına qarşı mübarizə aparılır, amma bu mübarizəyə daha bir alət əlavə olunur. Bu alət isə minimum qiymət həddinin tətbiq olunmasıdır. Minimum qiymət tətbiq olunan zaman artıq qanunsuz yollarla – padvallarda, zirzəmilərdə, digər uyğun olmayan yerlərdə qanunsuz spirtli içki, xüsusən də araq istehsal edib satışa çıxaranlar daha az qiymət təklif edə bilirlər. Çünki müəyyən ödənişlərdən kənar, keyfiyyətsiz, ucuz xammaldan istifadə etməklə və digər vasitələrlə məhsulun maya dəyərini kifayət qədər aşağı sala bilirlər. Nəticədə bazarlara ucuz məhsul təqdim edirlər. İstehlakçılar isə təəssüf ki, əksər hallarda keyfiyyəti nəzərə almadan, məhz məhsulun qiyməti üzərində diqqətini fokusladığı üçün belə məhsullar satılır. Nəticədə istehlakçının sağlamlığı üçün ciddi zərər yaranır, eyni zamanda doğru-dürüst keyfiyyətli məhsul istehlakçılarının rəqabətdə uduzması baş verir. Bu baxımdan sözügedən qərar doğru qərardır. O ki, qaldı burada hansısa digər məhsulların xüsusi nəzərə alınmasına, digərlərinin isə nəzərə alınmamasına, hesab edirəm ki, hansı məhsul qaçaqmalçılıq yolu ilə gətirilirsə, hansı məhsul vergidən yayınırsa, hansı məhsulda daha çox keyfiyyətsiz formalar müşahidə edilirsə, hansı məhsullar padvallarda, zirzəmilərdə, qeyri-adekvat yerlərdə istehsal olunursa, həmin məhsula minimum qiymətin tətbiq edilməsi daha vacibdir. Çünki əks təqdirdə rəqabəti pozmuş olarıq. Buna görə də bu məsələ dinamik məsələdir. Yəni ola bilər ki, bu il arağa minimum qiymət qoyulsun, amma növbəti il digər spirtli içki növü də bu siyahıya əlavə edilsin".

 

LƏMAN

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zəngilan Şəhəri Günüdür

Qadınların qorxulu yuxusu - KLİMAKS

Bu gün 1462 nəfər imtahan verəcək

O, özünə bunu etdi

"Wi-Fi"dan təhlükəsiz istifadə QAYDALARI

Şahid anası: “Cəmil ilk dəfə bizi bir onda aldatdı…”

Ətraf mühitin qorunması çağırışlı daha bir SƏRGİ

56 yaşlı türk velosəyahətçi Azərbaycanda

Mincivan qəsəbəsinin işğaldan azad olunmasının 4-cü ili

“Hakim partiyanın qalib olması Azərbaycanın maraqlarına uyğundur”

Bakıya YAĞIŞ, rayonlara QAR...

Van Dammın Qəbələdəki heykəli götürüldü

İrandan İsrailə XƏBƏRDARLIQ

3 minə yaxın jurnalist qeydiyyatdan keçdi

Sahibkarlar işçiləri istismar edirlər?