İsrail-İran, yoxsa İsrail-Türkiyə müharibə ehtimalı var?

13:07 25-10-2024 | icon 447 | Geopolitika
İsrail-İran, yoxsa İsrail-Türkiyə müharibə ehtimalı var?

Vüqar Dadaşov: "İran və İsrail indiki halda eyni missiyanın icraçılarıdır"

 

“BMT-nin baş katibi Antonio Quterreşin Kazanda keçiriləcək BRICS sammitində iştirak etməsi olduqca vacib siyasi hadisədir. Əvvəlcə onu qeyd etmək lazımdır ki, Quterreşin Kazanda keçirilən BRIKS sammitində iştirak təşəbbüsü məhz onun özü tərəfindən irəli sürülüb”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında siyasi ekspert Vüqar Dadaşov bildirib. Ekspert bunun öz səbəbləri olduğunu qeyd edib.

 

Onun sözlərinə görə, ilk növbədə qlobal dünya bölgüsündə əsas tərəflərdən biri olan Rusiya ilə fikir mübadiləsi, qarşı tərəflər arasında yaxınlaşma nöqtələrinin müəyyən edilməsi, dəqiqləşdirilməsidir:

 

“Həm də bu səfər Putinlə şəxsən görüşmək üçün imkandır. BRIKS artıq güclü siyasi birlik, platforma kimi dünya nizamına təsir edə biləcək mərkəzə çevrilmə prosesindədir. BMT-nin nüfuzunun aşağı düşməsi və əksər dünya dövlətləri tərəfindən BMT-nin strukturunda reformalar tələbi fonunda, BRlKS BMT-nin işinə, fəaliyyətinə təsir edən real güc ola bilər. Hərçənd ki, BRİKS BMT-yə alternativ təşkilat olmağı da hədəfləyə bilər. BMT-nin beş Təhlükəsizlik Şurası üzlərinin əlində girova çevrilməsi faktdır. Heç şübhəsiz ki, BMT Qərb təşkilatı kimi dəyərləndirilir. Ancaq Antonio Quterreşin rəhbərliyi dövründə BMT ilə Qərb dövlətləri arasında soyuqluq sezilir. Rusiyanın, Putinin təcrid siyasətini həyata keçirən Qərb, Rusiyanın əsas aparıcılarından olduğu BRIKS təşkilatının gücləndiyi bir prosesdə Qutereşin Kazana səfəri, Putinlə görüşü, eləcə də Türkiyənin, Azərbaycanın və digər dövlətlərin də təşkilata üzvlüyünün müzakirəsi getdiyi bir vaxtda BMT katibin sammitdə iştirakı BRİKS-in nüfuzuna, imicinə müsbət təsir edir”.

 

V.Dadaşov bildirib ki, bu, Qərbin maraqlarına tam ziddir. Onun fikrincə, Qərb, Yaxın Şərqdə, Ukraynada müharibənin davam etdirəcək və hətta Cənubi Qafqaz da daxil olmaqla, digər konflikt ocaqlarının yaranmasına çalışacaq. ABŞ-ın Yaponiya ilə 45 minlik heyyətlə hərbi təlimlərə başlaması da regionda gərginliyi artırmağa hesablanıb. Hindistan, Pakistan, Əfqanıstan, İran və sair digər region ölkələri arasında da yeni konflikt ocaqlarının alovlanması ehtimalı da var.

 

Ekspert İsrailin Yaxın Şərq müharibəsində tam hakim göründüyünü vurğulayıb. Qeyd edib ki, artıq bəzi ərəb dövlətləri nəinki İsrailə qarşı vuruşmaq istəyir, israillə konflikdən yayınmağa çalışır. Onun sözlərinə görə, İsrailin İrana aid qüvvələri, onların rəhbərlərini ard-arda məhv etməsi, qarşılıqlı hərbi zərbələri birbaşa İsrail-İran müharibəsinə gətirəcəyinə ehtimal yaratsa da, bu ehtimal çox aşağıdır. İran və İsrail indiki halda eyni missiyanın icraçılarıdır.

 

V.Dadaşovun fikrincə, nə qədər qəribə görsənsə də, İsrail-Türkiyə müharibə ehtimalı, nisbətdə İsrail-İran müharibəsi ehtimalından çoxdur. Ancaq, İsrail-Türkiyə müharibəsinə imkan verilməyəcək:

 

“İsrailin Türkiyə qarşısında şübhəsiz məğlubiyyəti ABŞ başda olmaqla Qərbin Yaxın Şərqlə bağlı oturuşmuş siyasətini məhv edəcək. Həm də Türkiyənin İsrail üzərində qələbəsi Türkiyəni nəinki region üzərində vahid hakim qüvvəyə, ən əsası ərəb və islam dünyasının sahibinə çevirər. Bu isə faktiki Osmanlı imperiyasının bərpasına bərabər nəticədir. Qərb buna yol verərmi?!”

 

PƏRİ
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

Bu müalicə də icbari tibbi sığortaya daxildir

Bu və növbəti şənbə tam iş GÜNÜDÜR

"COP29 dünya mətbatının diqqətindədir"

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

Dieqo tennis karyerasına məğlubiyyətlə başlayıb

COP29 iştirakçısının 3618-i jurnalistdir

"Neftçi" 4 oyunçusu ilə yollarını ayırdı

COP29-a qatılmaq istəməyənlərin əsl mahiyyəti

Redon Cica "Qarabağ"dan ayrılmaq istəyir

Məşhur şirkət 5 min nəfəri işdən ÇIXARIR

Sensasiyalı KƏŞF

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR