“Belə qrupların başında AXCP sədri Əli Kərimli dayanır”

18:23 25-10-2024 | icon 78 | Siyasət
“Belə qrupların başında AXCP sədri Əli Kərimli dayanır”

Kamilə Əliyeva: “Nə ABŞ, nə də onun "qərəzsiz qəzeti" insan hüquqlarından danışmasın”

 

“Noyabrda Bakıda keçiriləcək COP-29 tədbiri ərəfəsində bu cür təxribat xarakterli məqalə Azərbaycanın dünyadakı nüfuzuna zərbə vurmaq niyyəti güdür. Bu qarayaxma kampaniyasının haralardan qaynaqlanması məlumdur. Bunlar xaricdəki Azərbaycana düşmən mövqe tutan qüvvələr, erməni lobbisi və əlbəttə ki, ölkəmizdəki siyasətçi olmayıb siyasətlə məşğul olan siyasi dəllallar, dövlətə və xalqa dönük bir ovuc radikallardır”.

 

Versus.Az xəbər verir ki, bu barədə professor Kamilə Əliyeva Azərbaycana qarşı Avropa və Qərbdən gələn təzyiqlər, eləcə də ABŞ-ın "Washington post" qəzetində növbəti dəfə ölkəmizə qarşı qərəzli, yalan, iftiralarla dolu məqalənin dərc edilməsi ilə bağlı açıqlamasında qeyd edib.

 

Professor "Washington post"un əsassız iddialarına diqqət çəkib:

 

“Qəzet iddia edir ki, Azərbaycanda insan haqları pozulur, insanlar siyasi baxışlarına görə həbs edilir, siyasi partiyaların fəaliyyətinə maneələr törədilir, hakimiyyət müxalifətlə azad rəqabətdən qaçır. Özünü dünyada qərəzsiz ,bitərəf adlandıran "Washington post" qəzeti ABŞ-daki Demokrat Partiyasının mənafeyini müdafiə edən bir mətbu orqandır. Qəzet dünyada insan hüquq və azadlıqlarını müdafiə edirsə, onda nəyə görə Ermənistandan qovulan 100-minlərlə azərbaycanlının hüquqlarından bəhs etmirdi, Qarabağ və Şərqi Zəngəzurun Ermənistan tərəfindən 30 il işğalına göz yumurdu, 1 milyon azərbaycanlı bu ərazilərdən, öz doğma torpaqlarından qovulanda insan hüquqları yadlarına düşmürdü. "Washington post" ABŞ-ın ikiüzlü, riyakar siyasətinin əsl sifətinin aynasıdır”.

 

K.Əliyeva eyni zamanda özünü demokratiyanın beşiyi, insan hüquqlarının müdafiəçisi kimi qələmə verən ABŞ-ın əslində dünyanın əksər ölkələrində insanlığa qarşı ən qəddar üsullardan istifadə etdiyini faktlarla önə çəkib:

 

“Vyetnamda, İraqda, Əfqanıstanda, ümumiyyətlə Yaxın Şərqdə milyonlarla günahsız insanları gətlə yetirib. İraq və Kubadakı həbsxanalarda məhbuslara amansız işgəncələr veriblər. Nə ABŞ, nə də onun "qərəzsiz qəzetinin” insan hüquqlarından dəm vurmağa ixtiyarı yoxdur”.

 

K.Əliyeva Azərbaycan dövlətinə qarşı yönələn əsassız iddialara qarşı tutarlı arqumentlərlə çıxış edib:

 

“Azərbaycan hər zaman - istər ölkə daxilində, istərsə də digər ölkələrdə insan hüquq və azadlıqlarına böyük hörmətlə yanaşır. Azərbaycanda insan hüquqları ən yüksək səviyyədə qorunur. Hakimiyyət siyasi partiyaların fəaliyyət göstərmələri üçün onlara hər cür şərait yaradır. Prezident İlham Əliyev hər zaman siyasi dialoqa açıq olduğunu bəyan edib. Ölkə rəhbərliyi mütəmadi olaraq siyasi partiya rəhbərləri ilə görüşlər keçirir. Bu gün Azərbaycanda milli, siyasi həmrəylik, ölkəmizdəki bütün əksər siyasi partiyalar tərəfindən yüksək qiymətləndirilib. Əlbəttə ki, təkcə radikal, dağıdıcı rol oynayanlar istisna olmaqla”.

 

Professor bununla yanaşı bütün dünyada olduğu kimi radikal, dağıdıcı mövqe tutan siyasi təşkilatların bu prosesdən kənarda qalmasının məsuliyyətini yalnız özlərinin daşıdığını vurğulayıb:

 

“Belə qrupların başında AXCP sədri Əli Kərimli dayanır. Azərbaycan hakimiyyəti ölkədəki bütün siyasi partiya liderlərinin işğaldan azad edilən torpaqlarımıza səfərlərini təşkil edən zaman Əli Kərimli bundan imtina etməklə bir daha əsl simasını göstərdi. Eləcə də "Washington post" qazetindəki məqaləni şərh edən Kərimli riyakar olduğunu bir daha sübut etdi. Məqalədəki hər bir qarayaxmaya, iftiraya haqq qazandıran Əli Kərimli Azərbaycandakı qanunsuz hərəkətlərini ört-basdır etmək niyyəti güdür. Bu adam özünü dünyada ən ağıllı, demokratik "siyasətçi" sayır. COP-29-un Azərbaycanda keçirilməsinə səs verən 200-ə qədər dünya liderini demokratik olmamaqda, haqsızlıqda ittiham edir. Əli Kərimli daha uzağa gedərək əvvəlki COP tədbirlərinə ev sahibliyi etmiş ölkələrə qarşı da çıxır.  Bu, insanın siyasi savadsızlığından, normal düşüncə sahibi olmamasından xəbər verir. Daha sonra Əli Kərimli çıxışının əvvəlində söylədiyi fikirləri unudub dünya liderləri haqqında müsbət ifadələr işlədir. Güya bir sıra böyük dövlətlər COP 29-un Azərbaycanda keçirilməsinə müsbət baxmırlar. Azərbaycan xalqı Əli Kərimlinin kim olduğunu yaxşı bilir və onu ciddi siyasətçi kimi qəbul etmir və etməyəcək.

Azərbaycan COP 29-a ev sahibliyi ilə bütün dünyanı heyrətə salacaq. Noyabrda keçiriləcək tədbirdə 60-a qədər təkliflə çıxış edəcək Azərbaycan bəşəriyyətin sağlam gələcəyinə böyük töhfə verən ölkə kimi dünya tarixinə düşəcək”.

 

LƏMAN

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zəngilan Şəhəri Günüdür

Qadınların qorxulu yuxusu - KLİMAKS

Bu gün 1462 nəfər imtahan verəcək

O, özünə bunu etdi

"Wi-Fi"dan təhlükəsiz istifadə QAYDALARI

Ətraf mühitin qorunması çağırışlı daha bir SƏRGİ

Şahid anası: “Cəmil ilk dəfə bizi bir onda aldatdı…”

56 yaşlı türk velosəyahətçi Azərbaycanda

Mincivan qəsəbəsinin işğaldan azad olunmasının 4-cü ili

“Hakim partiyanın qalib olması Azərbaycanın maraqlarına uyğundur”

Bakıya YAĞIŞ, rayonlara QAR...

Van Dammın Qəbələdəki heykəli götürüldü

İrandan İsrailə XƏBƏRDARLIQ

3 minə yaxın jurnalist qeydiyyatdan keçdi

Sahibkarlar işçiləri istismar edirlər?