Sülh sazişinə yaxınlaşma üçün münbit şərait

17:54 25-10-2024 | icon 84 | Siyasət
Sülh sazişinə yaxınlaşma üçün münbit şərait

Aydın Hüseynov: “İkilik formatında görüş sülh sazişi üçün münbit şərait yaradır”

 

“Kazan şəhərində keçirilən BRİCS sammitində Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla arasında baş tutan görüş sülh sazişi istiqamətində danışıqların mühüm raundu kimi qiymətləndirilə bilər. Bu görüşün ən mühüm önəmi iki dövlət başçısının birbaşa, üçüncü tərəfin iştirakı olmadan danışıqlar aparmasıdır. İkilik formatında belə bir görüşün təşkili sülh sazişinə doğru daha da yaxınlaşma üçün münbit şərait yaratmış olur”.

 

Versus.Az xəbər verir ki, bunu Rusiya Federasiyasının Kazan şəhərində keçirilən XVI BRICS Sammiti əsnasında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında olan görüşlə bağlı açıqlamasında deputat Aydın Hüseynov bildirib.

 

Millət vəkili qeyd edib ki, Cənubi Qafqazda sülh dialoqu kontekstində diqqət Azərbaycan və Ermənistan liderlərinin Kazanda ikitərəfli sülh gündəliyinin, o cümlədən sülh sazişi, sərhədlərin delimitasiyası və demarkasiyası və qarşılıqlı maraq doğuran digər məsələlərin həllinə də yaşıl işıq yandırır. Onun sözlərinə görə, iki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilməsi isə tərəflərin siyasi iradəsini əks etdirir.

 

A.Hüseynov bildirib ki, Bakı və İrəvan arasında sühh danışıqlarının intensivləşməsi sülh sazişinin imzalanmasını tezləşdirə bilər:

 

“Ancaq İrəvan gərək Qərbin təzyiqi ilə lüzumsuz təkliflər irəli sürməsin. Çünki bəzi hallarda Ermənistan müxtəlif hərəkətləri ilə sülhün baş tutmasını pozur, kommunikasiyalar məsələsində manipulyasiya edir, Nikol Paşinyan Ermənistanın öz nəqliyyat keçidini və Naxçıvanla Azərbaycan arasında kəmərin çəkilməsini təmin etməyə hazır olduğunu bəyan etsə əməldə sözündən qaçır. Ona görə də İrəvan heç bir kənar təsirə qulaq asmayaraq öz müstəqil qərarını verməlidir”.

 

LƏMAN

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zəngilan Şəhəri Günüdür

Qadınların qorxulu yuxusu - KLİMAKS

Bu gün 1462 nəfər imtahan verəcək

O, özünə bunu etdi

"Wi-Fi"dan təhlükəsiz istifadə QAYDALARI

Ətraf mühitin qorunması çağırışlı daha bir SƏRGİ

Şahid anası: “Cəmil ilk dəfə bizi bir onda aldatdı…”

56 yaşlı türk velosəyahətçi Azərbaycanda

Mincivan qəsəbəsinin işğaldan azad olunmasının 4-cü ili

“Hakim partiyanın qalib olması Azərbaycanın maraqlarına uyğundur”

Bakıya YAĞIŞ, rayonlara QAR...

Van Dammın Qəbələdəki heykəli götürüldü

İrandan İsrailə XƏBƏRDARLIQ

3 minə yaxın jurnalist qeydiyyatdan keçdi

Sahibkarlar işçiləri istismar edirlər?