Paşinyan bu dəfə görüşə qatılmaq məcburiyyətində qaldı

18:00 25-10-2024 | icon 82 | Siyasət
Paşinyan bu dəfə görüşə qatılmaq məcburiyyətində qaldı

Rəşad Bayramov: “Paşinyan bu dəfə də imtina etsə Beynəlxalq birliyin kənar obyektinə çevriləcək”

 

“Məlumdur ki, uzun müddətdir iki ölkə arasında faktiki görüşlər keçirilmirdi. Nəhayət ki, Prezident İlham Əliyev və Paşinyan arasında görüş baş tutdu”.

 

Versus.Az xəbər verir ki, bunu Rusiya Federasiyasının Kazan şəhərində keçirilən XVI BRICS Sammiti əsnasında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında olan görüşlə bağlı açıqlamasında siyasi ekspert Rəşad Bayramov bildirib.

 

R.Bayramov məlum görüşdə bir neçə məqamın olduğunu qeyd edib. Onun sözlərinə görə, məqamlardan biri ondan ibarətdir ki, Paşinyan uzun müddət idi ki, ikitərəfli təmaslardan yayınırdı. Əvvəl Böyük Britaniyanın təşəbbüsü ilə Londonda keçirilməli olan görüşdən imtina etdi. Daha sonra Rusiyanın təşəbbüsü ilə keçirilməli olan Moskva görüşündən imtina etmişdi. Amma bu dəfə görüşə qatılmaq məcburiyyətində qaldı.

 

Ekspertin fikrincə, burada vacib rollardan biri Qərbin təzyiqləri ilə bağlı idi:

 

“Bir neçə gün əvvəl ABŞ prezidentinin Azərbaycanla yanaşı Ermənistanın baş nazirinə də ünvanladığı məktub nəticə etibarı ilə görüşün keçirilməsinə təkan vermis oldu. Və bu dəfə də Paşinyanın görüşdən imtinası artıq Beynəlxalq birliyin kənar obyektinə çevrilməsi ilə nəticələnə bilərdi.

Digər önəmli məqam ondan ibarətdir ki, görüş hər nə qədər Rusiya Federasiyası ərazisində baş tutsa da, üçtərəfli yox, ikitərəfli görüş oldu. Yəni yenə də kənar vasitəçi olmadan görüşün keçirilməsinə nail olundu ki, bu da müsbət məqam kimi qeyd olunmalıdır”.

 

R.Bayramov vurğulayıb ki, görüşün sırf detalları barədə danışmaq mümkün deyil. Görüşün qapalı görüş olduğunu deyən ekspertin fikrincə, müzakirə olunan məsələlərin siyahısına baxanda - sülh sazişinin, dövlətlərarası münasibətlərin tənzimlənməsi ilə bağlı sazişin tezləşdirilməsi ilə bağlı təlimatların verilməsi, eləcə də delimitasiya və demorkasiya ilə bağlı danışıqların aparılması onu deməyə əsas verir ki, görüşdə Azərbaycan tərəfinin indiyə qədərki mövqeyi bir daha Paşinyanın diqqətinə çatdırılıb:

 

“Yəni sülh prosesinə mane ola bilən əsas məqam Ermənistan konstitusiyası ilə bağlı olan məqamdır. Burda Azərbaycanın hər hansı bir güzəşt limiti faktiki olaraq yoxdur. Çünki ərazilərimizə qarşı iddiada olan hər hansı bir dövlətlə sülh sazişinin imzalanması qeyri mümkün bir məsələ kimi görünür. Hətta o sazişdə çoxlu sayda bəndlər olsa da, hamısı razılaşdırılsa belə, bir ölkənin digərinə qarşı ərazi iddiaları qalmaqda davam edirsə, o zaman hər hansı sülh sazişindən söhbət gedə bilməz”.

 

R.Bayramov ikinci prinsipial məsələ kimi delimitasiya və demarkasiya prosesinə diqqət çəkib:

 

“Biz bilirik ki, hələ o komisiya yeni formalaşanda qəbul etdiyi əsasnamə və təlimatda da Alma Ata Bəyannaməsi ilə sərhədlərin delimitasiyasının başlanması ilkin şərt olaraq götürülmüşdü. Və ona uyğun olaraq da Qazax istiqamətində sərhədlərin delimitasiya, demarkasiya prosesi həyata keçirildi. Amma orda da xüsusi qeyd var idi ki, sonrakı mərhələdə sülh sazişində nəzərdə nə tutulacaqsa, onun əsasında delimitasiya, demarkasiya prosesi davam etdiriləcək. Məlumdur ki, Alma Ata Bəyannaməsi Azərbaycan-Ermənistan sərhədinin tam cizgilərini, yaxud Ermənistan-Azərbaycan ərazilərinin hansı ərazilər olması ilə bağlı hər hansı bir konkret sənəd ortaya qoymur. Sadəcə Bəyanatdır, post-sovet məkanında SSRİ-nin dağılmasından sonra müstəqil dövlətlərin bir-birinin ərazilərini, suverenliyini tanıması ilə bağlı atdıqları sənəddir. Amma o sənəd bu və ya digər xəritə ilə möhkəmləndirilməyib. Ona görə də Azərbaycan tərəfinin mövqeyi bundan ibarətdir ki, xəritələrin çəkilməsi və ayrı-ayrı ərazilərdə müxtəlif dövrlərin xəritələrindən istifadə olunması əsas götürülsün.

Bu iki prinsipial məsələ var bizim gündəliyimizdə. Tamamilə əminəm ki, görüşdə də bu məsələlər bir daha Ermənistan tərəfinin diqqətinə çatdırılıb və bu istiqamətdə hansısa güzəştlərdən söhbət gedilə bilməyəcəyi də onlara xatırladılıb”.

 

Ekspert qeyd edib ki, bundan sonrakı prosesdə bu görüşün sülh sazişinin tezləşdirilməsi istiqamətinə necə təkan verəcəyini zaman göstərəcək. Onun sözlərinə görə, burda Azərbaycanın üzərinə düşəcək artıq hərhansı bir vəzifə qalmayıb:

 

“Yəni top tamamilə Ermənistanın meydançasındadır. Paşinyanın atacağı addımlar artıq Ermənistanın atacağı addımlardır. Bundan sonra sülh sazişinin bağlanıb-bağlanılmayacağı da Ermınistanın prosesə nə qədər konstruktiv yanaşmasından asılı olacaq. Ermənistan nəhayət ki, ayrı-ayrı güclərin deyil, özünün marağından çıxış edəcəksə, Cənubi Qafqazda sülh və təhlükəsizliyi əsas götürərək Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması istiqamətində real və konkret addımlar atacaqsa, o zaman saziş də tez bir zamanda imzalanacaq. Yox, əgər Paşinyan yenə də görüşlərdə bir söz deyib, açıqlamalarda bir söz deyib real addımlarda başqa hərəkətlər edəcəksə, təbii ki, son görüşdə əldə olunan razılaşmaların da elə bir əhəmiyyəti qalmayacaq”.

 

PƏRİ

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zəngilan Şəhəri Günüdür

Qadınların qorxulu yuxusu - KLİMAKS

Bu gün 1462 nəfər imtahan verəcək

O, özünə bunu etdi

"Wi-Fi"dan təhlükəsiz istifadə QAYDALARI

Ətraf mühitin qorunması çağırışlı daha bir SƏRGİ

Şahid anası: “Cəmil ilk dəfə bizi bir onda aldatdı…”

56 yaşlı türk velosəyahətçi Azərbaycanda

Mincivan qəsəbəsinin işğaldan azad olunmasının 4-cü ili

“Hakim partiyanın qalib olması Azərbaycanın maraqlarına uyğundur”

Bakıya YAĞIŞ, rayonlara QAR...

Van Dammın Qəbələdəki heykəli götürüldü

İrandan İsrailə XƏBƏRDARLIQ

3 minə yaxın jurnalist qeydiyyatdan keçdi

Sahibkarlar işçiləri istismar edirlər?