Azərbaycanı problemli etmək məqsədi daşınır

20:27 25-10-2024 | icon 77 | Siyasət
Azərbaycanı problemli etmək məqsədi daşınır

Aydın Mirzəzadə: "Ona görə müstəqillik qazanmamışıq ki, hansısa ölkələr üzərimizdə siyasi prokuror rolunu oynasınlar"

 

"Azərbaycanın müstəqil daxili siyasəti Avropada müəyyən dairələrin xoşuna gəlmir. Onlar Azərbaycanı özlərinin satış bazarı, daxili münaqişələrdə öz təbii sərvətlərinə sahib ola bilməyən bir ölkə kimi görmək istərdilər".

 

Versus.Az xəbər verir ki, bunu Avropa Parlamentində ölkəmizə qarşı göstərilən açıq qərəzlə bağlı açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.

 

Onun sözlərinə görə, bu baxımdan edilən iradlar, Azərbaycana qarşı hücumlar Azərbaycanı daha yaxşı etmək yox, Azərbaycanı problemli etmək məqsədi daşıyır:

 

"Onların qəbul etdikləri qərarların, yönləndirdikləri mesajların da kökündə ilk növbədə Azərbaycanı zəiflətmək istəyi durur. Bu isə əlbəttə ki, heç bir zaman Azərbaycan tərəfindən qəbul edilə bilməz. Azərbaycan heç bir ölkənin daxili işlərinə qarşımır və digər ölkələrin də onun daxili işlərinə qarışmasına heç zaman imkan verməyəcək. Ona görə müstəqillik qazanmamışıq ki, hansısa ölkələr bizim üzərimizdə bir siyasi prokuror rolunu oynasınlar, Azərbaycana nəyi necə etmək lazım gəldiyini göstərsinlər. Azərbaycanın kifayət qədər ağıllı, maraqlarımıza uyğun siyasət yürüdən lideri, Azərbaycanın kifayət qədər ölkəsini sevən vətəndaşları, ziyalıları, iş adamları, gəncləri var, Azərbaycan maraqlarını qoruyan demokratik, güclü, nüfuzlu mətbuatı var. Odur ki, Avropa Parlamentindəki Azərbaycana qarşı bu cür aşkar qərəzli qərarlar heç bir zaman Azərbaycanı öz yolundan döndərə bilməz". /hafta.az/

 

LƏMAN

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zəngilan Şəhəri Günüdür

Qadınların qorxulu yuxusu - KLİMAKS

Bu gün 1462 nəfər imtahan verəcək

O, özünə bunu etdi

"Wi-Fi"dan təhlükəsiz istifadə QAYDALARI

Şahid anası: “Cəmil ilk dəfə bizi bir onda aldatdı…”

Ətraf mühitin qorunması çağırışlı daha bir SƏRGİ

56 yaşlı türk velosəyahətçi Azərbaycanda

Mincivan qəsəbəsinin işğaldan azad olunmasının 4-cü ili

“Hakim partiyanın qalib olması Azərbaycanın maraqlarına uyğundur”

Bakıya YAĞIŞ, rayonlara QAR...

Van Dammın Qəbələdəki heykəli götürüldü

İrandan İsrailə XƏBƏRDARLIQ

3 minə yaxın jurnalist qeydiyyatdan keçdi

Sahibkarlar işçiləri istismar edirlər?